"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Əcnəbi
Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs.
 
Əczaçılıq fəaliyyəti
Dərman vasitələrinin elmi axtarışı, hazırlanması, sınaqdan çıxarılması, istehsalı, keyfiyyətinə nəzarət, əldə edilməsi, saxlanması, yayılması və satışı, dərman xammalının toplanması və tədarükü ilə bağlı fəaliyyət növü.
 
Əhalinin radiasiya təhlükəsizliyi
İndiki və gələcək nəsillərin sağlamlığının ionlaşdırıcı şüalanmaların zərərli təsirindən qorunması.
 
Əhalinin ərzaq təhlükəsizliyi
Ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan yeyinti məhsullarına tələbatının təmin edilməsi məqsədilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemi.
 
Əhalinin əsas sosial-demoqrafik qrupları
Yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlillər, uşaqlar və s).
 
Əks reklam
Yolverilməz reklamın təkzibi və onun doğurduğu nəticələri aradan qaldırmaq üçün yayılan reklam.
 
Əks-kəşfiyyat fəaliyyəti
Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyət.
 
Əks-REPO əməliyyatı
Müvəkkil bank tərəfindən İstiqrazların Milli Banka satışı (REPO-nun açılması) və eyni zamanda Milli Bank tərəfindən həmin İstiqrazları müvəkkil banka satmaq, müvəkkil bankın isə onları Milli Bankdan geri satın almaq öhdəliyini (REPO-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatı.
 
Əl yükü
Sərnişinə məxsus və öz xüsusiyyətlərinə, ölçülərinə, çəkisinə görə sərnişin avtonəqliyyat vasitəsinin salonunda daşınmasına icazə verilən əşyalar
 
Əl yükü (sərnişin yanında olan əşyalar)
Qeydiyyata alınmamış baqaj, habelə sərnişinin yanında olan geyim əşyaları və digər əşyalar.
 
Əlavə informasiya
Teleradio yayım siqnalının tərkibində ötürülən və əsas proqramla heç bir əlaqəsi olmayan hərfli, rəqəmli, qrafik və digər informasiyalar.
 
Əlavə məsuliyyətli cəmiyyət
Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət əlavə məsuliyyətli cəmiyyət sayılır. Belə cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə öz mayalarının dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilən, hamısı üçün eyni olan misli miqdarında özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar. İştirakçılardan biri müflis olduqda cəmiyyətin öhdəlikləri üzrə onun məsuliyyəti, əgər cəmiyyətin nizamnaməsində məsuliyyətin bölünməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, qalan iştirakçılar arasında onların mayalarına mütənasib surətdə bölünür. Əlavə məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin adı, habelə məhdud məsuliyyətli cəmiyyət sözləri göstərilməlidir.

 

Əlavə qida
Ana südü, yaxud süni qida məhsulu və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən sənaye üsulu ilə və ya ev şəraitində hazırlanan qida məhsulu.
 
Əlifba kataloqu
Normativ sənəd adlarının əlifba qaydasında toplusudur. Bu kataloqda sənədin titul vərəqində nömrəsinin göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün sənəd topluları əks etdirilir.
 
Əlil
Anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs.
 
Go to top