Daktiloskopik məlumat
|
İnsanın əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumat. |
|
|
Damazlıq atlar
|
Mənşəyi məlum olan, Dövlət Damazlıq Kitabında qeydə alınmış və pasport (şəhadətnamə) verilmiş, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins atlar |
|
|
Damazlıq ehtiyatı (məhsulu, materialı)
|
|
Damazlıq ehtiyatları (məhsulları, materialları)
|
Dövlət sertifikatına malik, damazlıq məqsədilə yetişdirilən heyvanlar, onların toxumları, yumurtaları, rüşeymləri. |
|
|
Damazlıq heyvan
|
Mənşəyi məlum olan, dövlət damazlıq kitabında qeydə alınmış və damazlıq pasportu (şəhadətnaməsi) verilmiş, yüksək məhsuldar, təkrar istehsala yararlı və yaxşılaşdırıcı cins heyvan |
|
|
Damazlıq heyvandarlıq
|
Kənd təsərrüfatı heyvanlarının damazlıq məqsədi ilə yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə bağlı fəaliyyət sahəsi |
|
|
Damazlıq heyvandarlıq təsərrüfatları
|
Damazlıq heyvanların yetişdirilməsi və saxlanması, onların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsi, satışı, sınağı, habelə heyvanların süni mayalandırılması və embrionların transplantasiyası ilə məşğul olan hüquqi və fiziki şəxslər |
|
|
Damazlıq heyvanlar
|
Yüksək məhsuldar, təkrar istehsala yararlı, mənşəyi bəlli olan qaramal, camışlar, qoyun və keçilər, donuzlar, atlar, dəvələr, dovşanlar, xəz dərililər, quşlar, balıqlar, arılar, barama qurdları və digər heyvanlar. |
|
|
Damazlıq heyvanların bonitirəsi
|
Heyvanların damazlıq keyfiyyətlərinin və istifadə təyinatının müəyyən edilməsi məqsədi ilə kompleks əlamətlər üzrə qiymətləndirilməsi |
|
|
Damazlıq heyvanların dövlət reyestri
|
Damazlıq heyvan cinslərinin və cinsdaxili qruplarının heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemi |
|
|
Damazlıq heyvanların identikləşdirilməsi
|
Müxtəlif vasitələrlə (damğalama, dərialtı mikroçip yerləşdirmə, genetik ekspertiza və s.) cins heyvanların fərqləndirilməsi və kompleks fərdi əlamətləri üzrə tanınması sistemi |
|
|
Damazlıq heyvanların təmiz cinsli yetişdirilməsi
|
Eyni cinsdən olan heyvanların müsbət xüsusiyyətlərini saxlamaq, təkmilləşdirmək və nəsildən-nəslə ötürmək məqsədi ilə yetişdirilməsi |
|
|
Damazlıq işi
|
Kənd təsərrüfatı heyvanlarının genetik potensialının yüksəldilməsi, mövcud heyvan növləri və cinslərinin təkmilləşdirilməsi və yeni cinslərin yaradılması, damazlıq heyvanların sayının artırılması üçün həyata keçirilən kompleks təşkilati-təsərrüfat tədbirləri |
|
|
dambaşı Vergi
|
gəlir və əmlakının həcmindən asılı olmayaraq hər bir insandan tutulan şəxsi vergi.
|
Daşınar əşyalar
|
Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. |
|