I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Efirlə bildiriş
Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin radio və televiziya vasitəsi ilə (kabel televiziyası istisna olmaqla), o cümlədən peyklərin köməyi ilə kütləyə çatdırılması. Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin peyk vasitəsi ilə efirlə bildirişi dedikdə, yerdə yerləşən stansiyadan göndərilən siqnallar vasitəsi ilə kütlənin faktik qəbul etməsindən asılı olmayaraq, əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin kütləyə çatdırılması başa düşülür; Kodlaşdırılmış siqnalların bildirişi, əgər kodun açılması vasitələri yayım təşkilatı tərəfindən və ya onun razılığı ilə əhaliyə təqdim olunarsa, efir bildirişi sayılır
 
EHM
Elektron hesablayıcı maşınlar.

 

Ehtiyac meyarı
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd.
 
Ehtiyat vərəsə
Vəsiyyət edən özünün təyin etdiyi vərəsənin miras açılanadək ölməsi və ya mirası qəbul etməməsi, yaxud vərəsəlik hüququndan məhrum edilməsi halı üçün vəsiyyətnamədə başqa vərəsənin (ehtiyat vərəsənin) adını göstərə bilər.

 

Ekologiya
Ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm.
 
Ekoloji biliklər
Ətraf mühitə, ekologiyaya, insan və təbiət arasında qarşılıqlı əlaqələrə dair məlumatlar.
 
Ekoloji fəlakət
İnsanların həyatı və fəaliyyəti şəraitində və ətraf mühitdə dönməz dəyişiklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyət.
 
Ekoloji maarifləndirmə
Ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübənin yayılması.
 
Ekoloji maarifləndirmə
Ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş ekoloji bilik və təcrübənin yayılması.
 
Ekoloji müşahidə
Ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsini araşdırmaq, müşahidələr və təhlillər aparmaqla məlumatlar hazırlayıb müvafiq orqanlara və təsərrüfat subyektlərinə təqdim etmək üçün fəaliyyət
 
Ekoloji mədəniyyət
Əhalinin və ölkənin ekoloji təhlükəsizliyinə, insanın ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübənin məcmusu.

 

Ekoloji sığorta
Ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı vurulan zərərə görə mülki məsuliyyətin sığortası.
 
Ekoloji sistem
Qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji mənbələrinin vəhdəti.
 
Ekoloji təhlükə
İnsanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyət.
 
Ekoloji təhlükənin subyekti
Fəaliyyəti təhlükəli ekoloji vəziyyət yarada bilən hər hansı müəssisə, idarə, təşkilat, habelə fiziki şəxs.
 
Go to top