"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Faizlər
Borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmə.

 

Faizlərin kapitallaşdırılması
Müqaviləyə əsasən faizlərin ödəniş vaxtı çatdıqda ödənilməmiş hissənin kreditin qalıq məbləğinə əlavə olunmasıdır. Faizlərin kapitallaşdırılmasına müddəti uzadılmış, yaxud yeni kreditlər kimi rəsmiləşdirilmiş faizlər də aiddir.
 
Faktorinq
Pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirilməsi.

 

Farmokoloji vasitələr
Klinik tədqiqatın obyekti olan, farmokoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığı.
 
Faydalı qazıntılar
Yer qabığının maddi istehsal sahəsində istifadə edilən təbii mineral törəmələri.
 
Fermentləşdirilmiş tütün
Tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi keçmiş tütün yarpağı.
 
Film
Yaradıcı ideya əsasında bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi, televiziya və başqa janrlarda yaradılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq qurğular vasitəsilə görmə və eşitmə qavrayışı üçün nəzərdə tutulan, kinolentə və başqa daşıyıcılara həkk olunan, mövzu bütövlüyü əsasında birləşdirilən təsvirlər silsiləsindən ibarət audiovizual əsər (tammetrajlı film — 52 dəqiqədən az olmayan, qısametrajlı film — 52 dəqiqədən az olan film).
 
Filmin çoxaldılması
İstənilən maddi formada (kinolent, video və digər daşıyıcılar üzərində) filmin bir və ya daha artıq nüsxəsinin hazırlanması.
 
Filmin çəkiliş qrupu
Bilavasitə filmin istehsalı ilə məşğul olan yaradıcı, texniki və inzibati işçilərdən ibarət heyət.
 
Filmin ilkin materialları
Filmin çoxaldılması üçün lazım olan neqativ, kontratip, filmin nəzarət nüsxəsi, dialoq, monoloq, replika, səs və səs effektlərinin maqnit fonoqramlarının orijinalı.
 
Filmin nümayişi
Filmin kinozalda, efir, kabel, peyk televiziyası və başqa texniki vasitələrlə kütləvi nümayişi.
 
Filmin prodüseri
Filmin maliyyələşdirilməsini, istehsalını və yayımını öhdəsinə götürən hüquqi və ya fiziki şəxs.
 
Filmin quruluşçu rejissoru
Filmin yaradılması ilə bağlı yaradıcılıq və istehsalat işini idarə edən və filmin bədii-ideya mənasını müəyyənləşdirən peşəkar yaradıcı şəxs.
 
Filmin yayımı
Filmin müxtəlif forma və vasitələrlə yayılması.
 
Fiziki çatışmazlıq
İnsanın fiziki inkişafında və (və ya) bədən üzvünün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və ya yoluxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi çatışmazlıq.
 
Go to top