I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Hadisə
Təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulması.
 
Hakim
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin vəzifəyə təyin edilmiş şəxsdir (məhkəmənin sədri, onun müavini, kollegiya sədri və ya birinci, apellyasiya, yaxud kassasiya instansiyası məhkəməsinin hakimi).

 

Haqsız rəqabət
Bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri.
 
Hava daşımaları

Müəyyən haqq müqabilində hava gəmisi ilə sərnişin, baqaj və yüklərin, habelə poçt göndərişlərinin daşınması.
 
Hava elektrik ötürücü xətti
Elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğuları.
 
Hava gəmisi
Hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparat.
 
Hava gəmisi (təyyarə)
Yer və ya su səthindən əks istiqamətdə hərəkət edən havanın reaksiyası nəzərə alınmamaqla hava ilə öz qarşılıqlı təsiri hesabına atmosferdə qalan uçuş aparatı.
 
Hava gəmisinin dayanacaq yeri
Hava gəmisinin dayanması üçün nəzərdə tuulmuş perronda ayrılmış sahə.
 
Hava gəmisinin ekipajı
Uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət.
 
Hava gəmisinin istismarçısı
Hava gəmisinin istismarı ilə məşğul olan və ya bu sahədə öz xidmətlərini göstərən şəxs.
 
Hava gəmisinin kapitanı (komanda verən pilotu)
Kapitan vəzifələrinin icrasına və uçuşun təhlükəsiz yerinə yetirilməsinə görə cavab vermək üçün təyin edilən pilot.
 
Hava gəmisinin qaçırılması
Ekipaja güc tətbiq etmək, yaxud hədələmək və ya şəxsən idarə etməklə hava gəmisini uçuş planında göstərilən məntəqə əvəzinə başqa istiqamətə yönəltməklə ondan qanunsuz istifadə edilməsi deməkdir.
 
Hava gəmisinin sahibi
Hava gəmisi üzərində mülkiyyət, icarə və ya istifadə hüququna malik olan şəxs.
 
Hava gəmisinin zəbt edilməsi
Zorakılıq və ya onun tətbiq edilməsi hədəsi ilə havada və ya yerdə olan hava gəmisi üzərində qanunsuz nəzarətin həyata keçirilməsi əməliyyatı.
 
Hava gəmisinə baxış
Partlayıcı, yandırıcı, tezalışan və digər dağıdıcı maddələrin və qurğuların qoyulmasının mümkünlüyünü aşkar etmək məqsədilə hava gəmisinin sərnişin salonunda, məişət və texniki bölmələrində, bağlı və açıq xarici boşluqlarda aparılan baxış.
 
Go to top