Kabel elektrik ötürücü xətti
|
Bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusu. |
|
|
Kabellə bildiriş
|
Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması. |
|
|
Kabotaj
|
Azərbaycan Respublikasının dəniz limanları arasında icra edilən daşıma və dəniz yedəkləməsi. |
|
Kalibrlənmə haqqında sertifikat
|
Kalibrlənməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yaxud bu səlahiyyətlər verilmiş hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən ölçmə vasitələrinin kalibrlənməsi nəticələrinin təsdiq edilməsi haqqında verilən sənəd. |
|
|
Kanalizasiya sistemi
|
Yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkə. |
|
|
Kapitalın adekvatlıq əmsalları
|
Müəyyən edilmiş düsturlarla hesablanan I dərəcəli kapitalın və məcmu kapitalın ayrılıqda risk dərəcəsi üzrə ölçülmüş aktivlərə olan nisbəti. |
|
|
Kapitalın hibrid elementləri
|
Səhmlərin və borc öhdəliklərinin xüsusiyyətlərini özündə birləşdirən maliyyə alətləri, o cümlədən qeyri—kumulyativ müddətsiz imtiyazlı səhmlər, kumulyativ müddətsiz imtiyazlı səhmlər, subordinasiya borc öhdəlikləri və ya oxşar digər qiymətli kağızlardır. |
|
|
Karantin nəzarətinin obyektləri
|
Karantin obyektini yaya bilən və ya onun yayılmasına kömək edən məhsullar, materiallar və obyektlər. |
|
|
Karantin zonası
|
Karantin obyektinin aşkar edilməsi ilə əlaqədar xüsusi karantin rejimi müəyyən edilmiş ərazi. |
|
|
Kartoqrafiya
|
Yer səthinin qrafik təsvirinin öyrənilməsi, yaradılması və istifadəsi. |
|
|
Kassa qovşağı
|
Kassa əməliyyatlarını aparmaq üçün nəzərdə tutulmuş, texniki tələblərə cavab verən və xüsusi təchiz edilmiş yer (nağd pul və digər qiymətlilərin saxlanması üçün anbar; anbarqabağı sahə; axşam kassası; əməliyyat kassasında mədaxil və məxaric əməliyyatları aparılması üçün otaq; pul və qiymətlilərin yenidən sayılması və bağlanması üçün otaq; müştərinin aldığı pulun sayılması üçün sahə). |
|
|
Kassa sənədi
|
Kassa əməliyyatlarının aparılması üçün istifadə olunan sənədləri. |
|
|
Kassa əməliyyatları
|
Nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusu. |
|
|
Kassasiya instansiyası məhkəməsi
|
Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin andlı iclasçıların iştirakı ilə çıxarılmış və ya apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir. |
|
Kassir
|
Kassa əməliyyatlarını həyata keçirən şəxs. |
|
|