Laboratoriya üsulu ilə sortluq nəzarəti
|
Laboratoriya müayinələrinin aparılması vasitəsilə toxumun sortluq təmizliyinin və onun müəyyən sorta mənsub olmasının təyin edilməsi. |
|
|
Layihələşdirmə tapşırığı
|
Memarlıq obyekti layihəsinin hazırlanması üçün sifarişçi tərəfindən memara verilən və memarlıq-planlaşdırma tapşırıqları nəzərə alınmaqla tərtib edilən müqavilə sənədi. |
|
|
Liman hakimiyyət orqanları
|
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların üzərinə qoyulmuş inzibati-hakimiyyət və digər səlahiyyətləri həyata keçirən dəniz limanlarının müvafiq orqanları. |
|
Lizinq
|
Müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə vermə. |
|
Lokal ödəniş kartı
|
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən yalnız ölkə ərazisində istifadə üçün emissiya edilmiş kartdır. |
|
|
Lokaut
|
Kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə onun və ya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır. |
|
Lombard
|
Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında həyata keçirə bilə və buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilat. |
|
Lotereya
|
Lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) yayılması, lotereya iştirakçıları arasında uduş fondunun oynanılması və uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyun. |
|
|
Lotereya bileti
|
Lotereyada iştirak hüququ verən, uduşlu olduğu halda uduş fondunun müəyyən hissəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd. |
|
|
Lotereya iştirakçısı
|
Lotereyada iştirak edən lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibi. |
|
|
Lotereya təşkilatçısı
|
Öz adından və ya digər şəxsin tapşırığı ilə lotereyanı təşkil edən və keçirən hüquqi şəxs. |
|
|
Lotereyanın şərtləri
|
Lotereya təşkilatçısı tərəfindən tərtib edilmiş, lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatları əks edən rəsmi sənəd. |
|
|
Ləğvetmə balansı
|
Kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra hazırlanan və məhkəmə tərəfindən təsdiqlənmiş hesabat. |
|
|
Ləngitmə hüququ
|
Müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclunun onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilməsi. |
|
Ləyaqətsiz vərəsə
|
Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. |
|