"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Abandan Düzəliş

Əmlakdan imtina şərtləri

Abandon

sığorta etdirənin sığorta olunmuş əmlaka sahiblik hüququndan sığortaçının xeyrinə imtina etməsi (oğurluq, əmlakın tələf olması, gəminin, avtomobilin bərpasının məqsədəuyğun olmaması və ya sığorta olunmuş yükün təyinat yerinə çatdırılması halında) və tam sığorta təminatı almasıdır.

Abekor

Avropa Korporasiyasının Birləşmiş Bankları” ifadəsinin qısaldılmış forması. 1971-ci ildə yaradılan, 10 iri Avropa bankını özündə birləşdirən bu regional bank birliyi qarşılıqlı bank informasiyası mübadiləsini, eləcə də maliyyə-kredit sferasında birgə elmi tədqiqatların reallaşdırılmasını həyata keçirir

Abonent

Televiziya və radio yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs.  

Abroqasiya

köhnəlmiş qanunun onun səmərəsizliyi və ya onun zamanın ruhu ilə ziddiyyət təşkil etməsi ilə bağlı ləğv olunması (köhnə qanunun yenisi ilə tamam əvəz olunması).

Absentizm

Hüquqi normalara, o cümlədən əmək qanunçuluğuna məhəl qoymadan, heç bir üzrlü səbəb olmadan işə çıxmama.

Abstinent sindromu

İnsan psixikasına təsir göstərən maddələrin istehlakının qəflətən dayandırılması və ya onların antaqonistlərinin təsiri nəticəsində yaranmış, psixi, somato–vegetativ və nevroloji pozuntularla səciyyələndirilən, klinik təzahürləri və gedişatı həmin maddələrin xarakterindən və istehlakın davamlılığından asılı olan vəziyyət.  

Abstrakt İtkilər

kontingentin öz öhdəliklərini pozduqda götürülən, müqavilə və bazar qiymətləri arasındakı fərqlə ifadə olunan vəsaitlə bağlı itkilərdir.

Abstrakt Sövdələşmə

Məqsədindən asılı olmayan sövdələşməyə deyilir. Məsələn, istənilən sövdələşmə zamanı verilən vekselə görə, sahibinə haqq ödənilməlidir. Haqqı ödənilən veksel abstrakt olub, bağlanmış sövdələşmə ilə heç bir əlaqəsi yoxdur. Lakin onun dövriyyə qabiliyyəti məhz onun satılmasına əsaslanır.

ACİ-YF

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu.

Açılış Qiyməti

birja sessiyasının açılışı zamanı qiymətli kağızın qiyməti.

Açıq Bazar

tədavüldəki pul kütləsinə və kreditin həcminə təsir göstərmək məqsədi ilə mərkəzi bank tərəfindən qiymətli kağızların alqısı və satqıs

Açıq Bazar Əməliyyatları

Mərkəzi bank tərəfindən qiymətli kağızların və xarici valyutanın alqı-satqısı əməliyyatlarıdır. 6 Mərkəzi Bank əsasən hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda dövriyyədə olan pul kütləsi azalır, alındıqda isə pul kütləsi artır. Qiymətli kağızlar birbaşa, habelə REPO və əks-REPO formasında alınıb satıla bilər

Açıq Çarter

 yük növünün və təyinat limanının göstərildiyi müqavilə.

Açıq Depozit

müştərinin banka verdiyi qiymətli kağızları bağlı qaydada yerləşdirmədiyi bank əməliyyatıdır. Açıq depozitlərin aşağıdakı növləri vardır: 1) açıq requlyar depozit; 2) açıq irrequlyar depozit; 3) məhdud requlyar depozit; 4) rəqəm depoziti. 

Go to top