I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

XXI fəsil

TORPAQ MÜBAHİSƏLƏRİNİN HƏLLİ

Maddə 103. Torpaq mübahisələrini həll edən orqanlar

 1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir.

 2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. KM1

 3. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələrio cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydadaməhkəmə tərəfindən həll edilir.

 4. Rayonların (şəhərlərindaxilində torpaq üzərində mülkiyyəttorpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərininistifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyətiorqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır.

 5. Rayon (şəhərdaxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair mübahisələrə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə tərəfindən baxılırTərəflər onların qərarı ilə razıolmadıqdayuxarı dövlət orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər.

Maddə 104. İnzibatirazi vahidləri arasında ərazi mübahisələrinin həlli

 İnzibatirazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə aidiyyəti üzrə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaratdığı xüsusikomissiyalar tərəfindən baxılır.

Maddə 105. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında torpaq

mübahisələrinin həlli

 Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ərazi mübahisələri baş verdikdə, bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyibeynəlxalq hüquq normaları və prinsipləri əsasında həllolunur.

Maddə 106. Məhkəmədən kənar torpaq mübahisələrinə baxılması qaydaları

 1. Torpaq üzrə mübahisələrə tərəflərdən birinin ərazisinə əsasənmüvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə ərizənin daxil olduğu gündən etibarən bir ay müddətinədək baxır.

 2. Torpaq mübahisələrinə maraqlı tərəflərin iştirakı ilə baxılırMəsələnin həllində ilk dəfə tərəflərin biri iştirak etmədikdə və məsələyə baxılmasına dair onun rəsmi razılığı olmadıqdaişə baxılması təxirəsalınır.

 3. Tərəflərin birinin üzürlü səbəb olmadan ikinci dəfə baxışa gəlməməsi torpaq mübahisələrinə baxılmasını və bu məsələ üzrə qərar qəbul edilməsini dayandırmır.

 4. Torpaq mübahisələrinə baxan orqanın qərarında onun yerinə yetirilməsi qaydaları və pozulmuş hüquqların bərpası üzrə tədbirlər nəzərdə tutulur.

 5. Qərar qəbul edildiyi andan ən geci 5 gün keçənədək tərəflərə verilir.

Maddə 107. Məhkəmədən kənar torpaq mübahisələrində iştirak edən tərəflərin hüquqları

 Məhkəmədən kənar qaydada baxılan torpaq mübahisələrində iştirak edən tərəflər mübahisənin həllinə dair sənədlərlə tanış olmaqonlardan çıxarışlar etməktorpaq mübahisələrinə baxılmasında iştiraketməksənədlər və digər sübutlar təqdim etməkvəsatət qaldırmaq, şifahi və yazılı izahatlar verməkvəsatətə və digər tərəfin müqavilələrinə etiraz etməktorpaq mübahisələri üzrə qərarın surətini almaq,müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə razı olmadıqdaondan müvafiq məhkəməyə şikayət etmək hüquqlarına malikdirlər.

Maddə 108. Məhkəmədən kənar torpaq mübahisələrinə dair qərarın icrası

 1. Torpaq mübahisələrinə dair müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı qəbul edildiyi andan qüvvəyə minirQərardan müvafiq məhkəməyə şikayət verilməsi onun icrasınıdayandırır.

 2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin torpaq mübahisəsinə dair qərarının icrasına nəzarəti müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 3. Torpaq mübahisələrinə dair qərarların icrası qərar çıxaran orqan və ya yuxarı orqan tərəfindən dayandırıla və ya onun müddəti uzadıla bilər.

Go to top