I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

XXII fəsil

TORPAQ QANUNVERİCİLİYİNİN POZULMASINA

 GÖRƏ MƏSULİYYƏT

Maddə 109. Torpağa dair əqdlərin etibarsızlığı

 Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlərhabelə torpaqmülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.

 

Maddə 110. Bu Məcəllənin pozulmasına görə məsuliyyət[86]

Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsiqanunla qadağan olunur.

 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalarıntikililər və qurğuların sökülməsi də daxil olmaqlatorpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabınahəyata keçirilirÖzbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqdahəmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onunqanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. [87]

Maddə 112. Torpaq qanunvericiliyini pozmaqla vurulan zərərin ödənilməsi

 Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.

 

Go to top