I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

 

YÜKLƏ

BORC MÜQAVİLƏSİ

 

 

Bakı şəhəri                                                                                  «____» _________2016-ci il

 

 

 

Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən _____________________ oğlu/qızı (Ş/v: AZE No: _________, ____________-cu il tarixində __________ RPİ tərəfindən verilmişdir)  (bundan sonra “Borc verən” adlandırılacaq) və digər tərəfdən _____________________ oğlu/qızı (Ş/v: AZE No: _________, ____________-cu il tarixində __________ RPİ tərəfindən verilmişdir) (bundan sonra “Borc alan” adlandırılacaq) (“Borc verən” və “Borc alan”  ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar:

 

 

1.     MÜQAVİLƏNİN PREDMETİ

 

1.1. Bu müqaviləyə əsasən «Borc verən» 500 (beş yüz) manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu (bundan sonra «Borc» adlandırılacaq) «Borc alan»a  verməyi, «Borc alan» isə borcu  müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür.

1.2. Borc məbləğinin verilməsi «Borc verən» tərəfindən  «Borc alanın» bank hesabına köçürülmə yolu ilə həyata keçirilir və borc məbləğinin verildiyi an həmin məbləğin «Borc alanın» bank hesabına köçürüldüyü an hesab olunur.

1.3. Bu Müqavilənin şərtlərinə əsasən borcun faiz üzrə verilməsi nəzərdə tutulmur.

 

 

 

2.    TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ

 

2.1. «Borc verənin» öhdəlikləri aşağıdakılardır:

2.1.1. Bu Müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə qüvvəyə mindiyi tarixdən 5 (beş) bank günündən gec olmayaraq tam həcmdə «Borc alan»ın bank hesabına köçürmək.

2.1.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər öhdəliklər.

2.2. «Borc alanın» öhdəlikləri aşağıdakılardır:

2.2.1. «Borc» məbləğini «__» __________il tarixədək tam həcmdə geri qaytarmaq.

2.2.2.Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər öhdəliklər.

2.3. Bu müqavilənin şərtlərinə əsasən «Borc alan» borc məbləğini vaxtından əvvəl də «Borc verənə» geri qaytara bilər.

 

 

 

3.     MÜQAVİLƏYƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ QAYDASI

 

3.1. Bu Müqaviləyə bütün əlavə və dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər.

3.2. Bu Müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılmaz tərkib hissəsi olan yazılı Əlavə Razılaşma ilə rəsmiləşdirilir.

 

 

4.     MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ

 

4.1. Tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll edilir.

4.2. Tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaq.

 

 

5. KONFİDENSİAL MƏLUMATLAR

5.1. Müqavilənin həyata keçirilməsi ilə bağlı Tərəflərin bir-birinə açdıqları konfidensial məlumatların məxfiliyinin qorunması təmin olunmalıdır.

5.2. Hazırkı Müqavilənin başa çatması və ya ləğv olunması Tərəflərin 5.1-ci maddədə nəzərdə tutulan öhdəliyinin qüvvəsinə təsir etmir.

 

6. FORS-MAJOR

 

6.1.      Müqavilə üzrə öhdəliklərin icrasının fors-major hadisələr nəticəsində qeyri-mümkün olduğu hallarla qarşılaşan Tərəf  (yanğın, daşqın, digər təbii fəlakətlər, blokada, tətillər, hərbi əməliyyatlar, mülki qarşıdurmalar və embarqo) digər Tərəfi 15 (on beş) gün ərzində qeyd edilən halların baş verməsi və ya sona çatması və həmin halların Müqavilə üzrə öhdəliklərin icrasına təsiri barədə xəbərdar etməlidir.

6.2.      Bu öhdəlikləri yerinə yetirməyən Tərəf digər Tərəfin xəbərdar olunmaması nəticəsində dəyən zərərə görə məsuliyyət daşıyır.

6.3.      Fors-major halların 1 (bir) aydan artıq müddətdə davam etdiyi təqdirdə Tərəflərdən hər biri digər tərəfi yazılı qaydada xəbərdar etməklə Müqaviləyə xitam vermək hüququna malikdir və bu halda hər hansı bir kompensasiya ödənilmir.

 

 7.    YEKUN MÜDDƏALAR

 

7.1. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və «Borc alan» tərəfindən borcun tam həcmdə  «Borc verənə» geri qaytarıldığı günədək qüvvədə qalır.

7.2.    Bu Müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər.

- tərəflərin qarşılıqlı razılığı ilə;

- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulduğu digər hallarda.

7.3. Bu Müqavilə Tərəflər arasında tam razılaşmanı təşkil edir və borc münasibəti ilə əlaqədar bütün əvvəlki yazılı və ya şifahi öhdəlik və razılaşmalardan üstündür.

7.4. Tərəflərdən heç biri öz hüquq və öhdəliklərini digər Tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verə bilməzlər.

7.5. Müqavilə 3 (üç) səhifədən ibarətdir,  Azərbaycan dilində tərtib olunmuşdur və Tərəflərə təqdim olunur.

 

 

8.     TƏRƏFLƏRİN REKVİZİTLƏRİ

 

 

BORC ALAN

Ad:

Soyad:

Ata adı:

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi:

Doğulduğu yer:

Doğulduğu tarix (gg.aa.iiii):

Ünvan:

Bank rekvizitləri

 

 

           
 

 

 

BORC VERƏN

Ad:

Soyad:

Ata adı:

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi:

Doğulduğu yer:

Doğulduğu tarix (gg.aa.iiii):

Ünvan:

Bank rekvizitləri

 

 

 

Go to top