Riyad Zakir oğlu Hüseynov
Vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri

Baş vergi xidməti müşaviri

 

1982-ci ildə Şəmkir şəhərində anadan olub. 

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin Vergilər və vergitutma ixtisasının bakalavr pilləsini, 2006-cı ildə isə İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasının magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.

2004-cü ilin avqust ayında Vergilər Nazirliyinin Koordinasiya idarəsinə müfəttiş təyin edilib.

2004-cü ilin sentyabr ayında Vergilər Nazirliyinin Protokol bölməsinin baş dövlət vergi müfəttişi;

2004-2007-ci illərdə Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin  böyük dövlət vergi müfəttişi;

2007-2011-ci illərdə Vergilər nazirinin köməkçisi;

2011-2012-ci illərdə Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi;

2012-2014-ci illərdə “Synergy Group” ASC-nin Müşahidə Şurasının Sədri;

2014-cü ildən Vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri vəzifəsində işləyir.

 

Müşavirin vəzifələri:

- Müvafiq sahə üzrə vergi siyasətinin və vergi inzibatçılığının formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

- Müvafiq sahə üzrə Vergilər Nazirliyinin struktur vahidlərinə (bundan sonra – strukturlar) funksional nəzarəti həyata keçirir;

- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunması, müvafiq sahə üzrə strukturların əsasnamələrində nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin göstərilməsi işlərinin təşkilinə nəzarət edir;

- Müvafiq sahənin və müvafiq sahə üzrə strukturların inkişafı istiqamətində zəruri tədbirlər görür;

- Nazirin xüsusi tapşırıqlarının yerinə yetirilməsini təmin edir;

- Müvafiq sahə üzrə strukturlar tərəfindən əsasnamələri ilə müəyyən edilmiş vəzifələrinin həyata keçirilməsi və verilmiş göstəriş və tapşırıqların icrasının təmin edilməsi vəziyyətinə nəzarət edir;

- Müvafiq sahə üzrə strukturların iş planlarının tərtib edilməsinə və icrasına nəzarət edir;

- Müvafiq sahə və müvafiq sahə üzrə strukturların fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsinə və bu təcrübənin tətbiqi ilə əlaqədar təkliflərin hazırlanmasına nəzarət edir;

- Vergi orqanlarının fəaliyyəti, o cümlədən müvafiq sahə üzrə verilmiş xüsusi göstəriş və tapşırıqların icrası ilə bağlı meydana çıxan problemlərlə əlaqədar vergi orqanlarına əməli köməklik göstərir;

- Müvafiq sahə üzrə görülmüş işlərin, həmçinin müvafiq strukturların fəaliyyətinin nəticələrini təhlil edir, ümumiləşdirir və bu barədə müvafiq qaydada nazirə məlumat verir;

- Müvafiq sahə üzrə strukturlar tərəfindən hazırlanan və nazirliyin adından göndərilən müvafiq sənədləri, o cümlədən vətəndaş müraciətlərinə verilən cavabları nazirin əmrlərində nəzərdə tutulmuş hallarda imzalayır;

- Qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirrinin və xidməti fəaliyyətlə bağlı əldə edilmiş məlumatların qorunmasına nəzarət edir;

- Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirir.