İnformasiya texnologiyaları şöbəsi

Rəis: Eyyub Tofiq oğlu İbrahimov
Baş vergi xidməti müşaviri

 

İnformasiya texnologiyaları şöbəsinin funksiyaları:

- Qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirrinin və xidməti məlumatların qorunmasının təmin edilməsi.

- Vergi sistemində informasiya texnologiyalarının  təkmilləşdirilməsi konsepsiyasının hazırlanması və onun həyata keçirilməsinin  təmin edilməsi.

- İnformasiya texnologiyaları və proqram təminatı ilə bağlı beynəlxalq  təcrübənin öyrənilməsi və onun tətbiqi ilə bağlı təkliflərin hazırlanması.

- Proqram təminatı və kommunikasiya  xidmətləri göstərən müvafiq qurumlarla nazirliyin  struktur bölmələri və vahidləri arasında işin əlaqələndirilməsi.

- Vergilər Nazirliyinə təklif edilmiş yeni proqram və kommunikasiya  xidmətlərinin təhlil edilməsi və onların nəticəsi barədə rəhbərliyə təkliflərin verilməsi.