Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsihaqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin işinin səmərəliliyinin artırılması və qəbul edilmiş qərarların icrasına nəzarətin gücləndirilməsi məqsədi iləqərara alıram:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının vergilər naziri.

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının vergilər naziri

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 29 mart 2001-ci il

№– 665

 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2001-ci il, №– 3, maddə 195).

23 noyabr 2005-ci il tarixli, 1115 nömrəli; 17 sentyabr 2009-cu il tarixli, 484 nömrəli; 4 iyul 2013-cü il tarixli, 2991 nömrəli; 2 fevral 2015-ci il tarixli, 1953 nömrəli; 18 aprel 2016-cı il tarixli  Sərəncamlara əsasən dəyişikliklərlə.