| Термин | Определение |
|---|---|
| Cinayət hadisəsi | Cinayətin əlamətlərini özündə əks etdirən hadisə. |
| Cinayət işi | Törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusu. |
| Cinayət mühakimə icraatı | Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkəməyədək, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraat. |
| Cinayət prosesi | Cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu. |
| Cinayət prosesində iştirak edən digər şəxslər | Hal şahidi, şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi və tərcüməçi. |
| Cinayət prosesini həyata keçirən orqanlar | İcraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. |
| Cinayət prosesinin iştirakçıları | Təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsi. |
| Cinayət prosesinin tərəfləri | Çəkişmə və hüquq bərabərliyi əsasında cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən cinayət prosesinin iştirakçıları. |
| Cinayət təqibi | Cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyət. |
| Cinayət təqibi ilə bağlı digər materiallar | Məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət və ya xüsusi icraat üzrə cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar toplanmış materiallar. |
| Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri | |
| Cins atlar | Eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən atlar qrupu |
| Cins atların damazlıq özəyi | |
| Cins heyvanların damazlıq özəyi | Heyvan cinslərinin damazlıq təsərrüfatlarda qiymətli genotipə və yüksək məhsuldarlığa malik, seçilmiş yaxşılaşdırıcı damazlıq heyvanlar qrupu |
| Cinsi istismar | Şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi. |