| Термин | Определение |
|---|---|
| Azərbaycan Respublikasının kurort fondu | Dövlət uçotuna alınmış bütün növ təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin və kurortların məcmusu |
| Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Yanında Baş Dövlət Xəzinədarlığı | AR-də dövlət gəlirlərinin və xərclərinin mərkəzləşdirilmiş qaydada kassa icrasını və bu sahədə digər müvafiq funksiyaları həyat keçirən dövlət maliyyə institutu, hökumət orqanı. |
| Azərbaycan Respublikasının milli valyutası | a) tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası Milli Bankının buraxdığı kağız və metal pul nişanları; b) Azərbaycan Respublikasında banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti; v) Azərbaycan Respublikasından kənarda yerləşən banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti. |
| “Ağac” | metr ölçü üsulu tətbiqindən qabaq işlədilən uzunluq ölçüsü, təxminən 6-7 km-ə bərabər idi. |
| “Alçaq Əmtəə” | miqdarı artdıqca ona olan tələbatın azaldığı maldır, bu halda tələbat digər, daha keyfiyyətli mala yönəlir. |
| “Amstel” | beynəlxalq banklar qrupu. 15 Avropa ölkəsinin banklarından ibarət olan bu banklar qrupu əsasən kiçik ixracatçılara bağlı ticarətin kreditləşdirilməsini həyata keçirir. |
| “Avro” | ümumi Avropa valyutasının adıdır. 1995-ci ildə qəbul olunmuş, 1999-cu ildən AB ölkələrində dövriyyəyə buraxılmışdır. 2002-ci ildən isə Avropa Valyuta Birliyinə üzv olan ölkələrin milli valyutalarının tədavülünə son qoyulmuş və həmin ölkələrdə vahid Avropa valyutası – avro tədavülə buraxılmışdır. 1 avro = 100 sent |
| “Axsaq Ördək” | ağır maliyyə vəziyyətində olan şirkət. |
| “Ayılara təzyiq” | mərkəzi bank tərəfindən, təminatsız olaraq qiymətlərin aşağı düşməsinə çalışan valyuta bazarı möhtəkirlərinə təsir məqsədi ilə həyata keçirilən tədbirlər |
| “Ayılar” | malların, qiymətli kağızların, valyuta məzənnələrinin qiymətlərinin endirilməsinə oynayan birja oyuncaqları. |