I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Fərdi profilaktik iş
Sosial təhlükəli vəziyyətdə olan ailələrin və yetkinlik yaşına çatmayanların vaxtında aşkar edilməsi, habelə onların sosial-pedaqoji reabilitasi yası və (və ya) yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınması üzrə fəaliyyət.
 
Fərdi uçot
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkili və aparılması.
 
Fərdi əmək mübahisələri
Fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

 

Fərdi əmək mübahisəsi
Əmək müqaviləsinin, kollektiv müqavilənin, sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığı.

 

Go to top