|
Gömrük nəzarəti zonalarında rejim qaydaları
|
| Gömrük nəzarəti zonalarının sərhədlərində və onun daxilində, gömrük orqanları tərəfindən müəyyən edilən mal və nəqliyyat vasitələrinin hərəkəti, eləcə də istehsalat və kommersiya fəaliyyətinin həyata keçirilməsi. |
| |
|
|
Gömrük nəzarəti zonası
|
| Mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinin xüsusi ayrılmış və nişanlanmış hissəsi. |
| |
|
|
Gömrük ödənişləri
|
| Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqlar və digər ödənişlər. |
|
|
Gömrük ödənişlərinin şərti hesablanması (ş.h)
|
| Tranzit mallar sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilməli olarsa, ödənilməli olan gömrük rüsumlarının və ya vergilərinin məbləği. |
| |
|
|
Gömrük orqanlarında xidmət
|
| Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra vətəndaşlar adlanacaq) dövlət xidmətinin xüsusi növü. |
| |
|
|
Gömrük rejimi
|
| Gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu. |
|
|
Gömrük rüsumları
|
| Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər. |
|
|
Gömrük rüsumu
|
| Mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən çıxarılarkən Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən tutulan haqq olmaqla yanaşı, həm də bu cür idxal və ixracın mühüm şərti. |
| |
|
|
Gömrük rəsmiləşdirilməsi
|
| Malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi proseduru və bu rejimin fəaliyyətinin başa çatması. |
|
|
Gömrük sərhəddindən keçirmə
|
| Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərlərindən və elektrik ötürücü xətlərindən istifadə etmək də daxil olmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə həyata keçirilən hərəkətlər. |
|
|
Gömrük sərhədi
|
| Azərbaycan Respublikasının gömrük ərazisinin sərhədi. |
| |
|
|
Gömrük tapşırığı
|
| Gömrük yoxlamasının aparılması haqqında gömrük orqanının vəzifəli şəxsinin qərarı. |
| |
|
|
Gömrük yoxlama aktı
|
| Gömrük yoxlamasının keçirilməsi və onun nəticələrinə dair məlumatları əks etdirən sənəd. |
| |
|
|
Göndərən gömrük orqanı
|
| Bütün yükün və ya onun hissəsinin BYD başladığı Razılığa gələn tərəfin hər hansı gömrük orqanı. |
| |
|
|
Göndərən gömrük orqanı
|
| Bütün yükün və ya onun hissəsinin BYD başladığı Razılığa gələn tərəfin hər hansı gömrük orqanı. |
| |
|