I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Hərbi xidmət keçməkdən boyun qaçırma
Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma.

 

Hərəkət şiddəti
Vahid vaxt ərzində yoldan və ya onun hər hansı bir hissəsindən hər iki istiqamətdə keçən avtomobil nəqliyyatı vasitələrinin sayı.
 
Hərəkət zolağı
Yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağı.
 
Hərəkəti buraxmaq qabiliyyəti
Yolun və ya onun hər hansı bir hissəsinin vahid vaxt ərzində müəyyən edilmiş sürətini və təhlükəsizliyini təmin etməklə keçirə biləcəyi avtomobil nəqliyyatı vasitələrinin maksimum sayı.
 
Həvəskar və idman ovu
Ov məhsullarının əldə edilməsindən gəlir məqsədi daşımayan ov növü.
 
Həyat sığortası
Sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığorta. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.
 
Həyatın yığım sığortası
Sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının forması
 
Go to top