|
Müşahidəçi
|
| Seçkilərin (referendumun) keçirilməsi zamanı seçkiləri (referendumu) müşahidə etmək üçün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, referendum üzrə təşviqat qrupları, namizədlər tərəfindən təyin edilən və Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada müvafiq seçki (referendum) komissiyasında qeydə alınmış şəxs. |
|
|
Müştəri
|
| Yükgöndərən, yükalan sərnişin, icarəçi və sair kimi daşıyıcı ilə bağlanmış müqaviləyə uyğun nəqliyyatdan istifadə edən hüquqi və ya fiziki şəxs. |
| |
|
|
Müəllif
|
|
|
Müəssisə
|
| Mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun filialı, nümayəndəliyi. |
|
|
Müəssisə əmlakı
|
| Müəssisənin dövriyyə və dövriyyədənkənar aktivlərinin məcmuudur. |
| |
|
|
Müəssisənin aktivi
|
| Müəssisənin əsas vəsaitindən, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak. |
| |
|
|
Müəssisənin passivi
|
| Müəssisənin kreditor borcu da daxil olmaqla borc və cəlb edilmiş vəsaitdən (subvensiyalar, dotasiyalar və s. istisna olunmaqla) ibarət öhdəlik. |
| |
|
|
Müəssisənin, obyektin start qiyməti
|
| Qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiyməti. |
| |
|