|
Xüsusi təhsil müəssisəsi
|
| Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış təhsil müəssisəsi. |
| |
|
|
Xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqları
|
| Dövlət sirri təşkil edən məlumat daşıyıcıları hazırlanmasında istifadə edilən yüksək dəqiqli geodeziya texnikası. |
| |
|
|
Xüsusi vasitələr
|
| Dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr. |
| |
|
|
Xüsusi xarakterli aviasiya fəaliyyəti
|
| Kənd təsərrüfatı, tikinti, səhiyyə, aerofotoçəkiliş, topoqrafik və spektrofotometrik çəkiliş, müşahidə və keşikçəkmə, axtarış və xilasetmə, hava reklamı və s. sahələrdə xüsusi xidmətləri təmin etmək üçün həyata keçirilən uçuşlar. |
| |
|