| Термин | Определение |
|---|---|
| Asılılıq Əmsalı | müəssisənin uzunmüddətli borclarının təhlilində istifadə olunur və aşağıdakı düsturla hesablanır: 1) A= (S+E) x 100% / P A – asılılıq əmsalı, S – adi səhmlər, E – ehtiyat fondları, P – prioritet kapital. Bu rəqəm 100%-dən az olarsa müəssisə az asılı, 100%-ə bərabər olarsa neytral, 100%-dən çox olarsa tam asılı kimi səciyyələndirilir. 2) A= U x 100% / P A – asılılıq əmsalı, U – uzunmüddətli kapital, P – prioritet kapital. Bu halda asılılıq əmsalı 50%-dən az olduqda müəssisə az asılı, 50%-ə bərabər olduqda neytral, çox olduqda isə tam asılı kimi xarakterizə olunur. Asılılıq əmsalı böyük olduqda müəssisənin borc alması çətinləşir. |