"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
İstehsalat məqsədli su
İstehsalat, sənaye, texnoloji və başqa texniki məqsədlər üçün istifadə olunan su.
 
İstehsalat tulantıları
İstehsal prosesində, kənd təsərrüfatında, xidmət sahələrində əmələ gələn və əmələ gəlmə yerlərində istifadəsi mümkün olmayan, habelə texnoloji prosesin gedişində ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən maddələr, əşyalar və materiallar.
 
İstehsalçı
Mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar.
 
İstelak edilən əşyalar
Təyinatı istehlak olunmaqdan və ya özgəninkiləşdirilməkdən ibarət olan daşınar əşyalar istehlak edilən əşyalardır.

 

İstifadə hüququ
Əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

 

İstiqraz

Onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. Faiz ödənişlərini nəzərdə tutmayan istiqraz faizsiz istiqraz hesab olunur.

 

İstiqrazlar və səhimlər
İnvestisiya qiymətli kağızlarıdır. İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq, bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. Qiymətli kağızların buraxılışı emitentin qiymətli kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızların toplusudur.

 

İştirakçı
Səhmdar, payçı və ya müəssisənin mənfəətində digər iştirakçı.

 

İştirakçı bank
Qnunla müəyyən edilmiş qaydada Fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır.
 
İstismarçının dövləti
Həmin istismarçının yurisdiksiyası altında olduğu və onun əsas (daimi) olduğu yerin dövlətidir.
 
İşəgötürən
Tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

 

İşəgötürənlərin nümayəndəli orqanı
Sahibkarlıq fəaliyyətləri ilə əlaqədar sosial-iqtisadi hüquqlarını, mülkiyyət, istehsal və əmək münasibətləri ilə bağlı mənafelərini müdafiə etmək məqsədi ilə işəgötürənlərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən birliklər.

 

İttiham
Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir.

 

İttiham tərəfi
Birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır.

 

İxrac nəzarəti
İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, bu ərazidən çıxarılması və tranzitinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin edən tədbirlər kompleksi.
 
Go to top