I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
İdman federasiyası
Müvafiq idman növü üzrə klubların və komandaların könüllü üzvlüyü əsasında yaradılan, həmin idman növünün respublikada inkişafını təmin edən, müvafiq beynəlxalq idman federasiyasının nizamnaməsi və onun müəyyən etdiyi qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən ictimai birlik.
 
İdman silahı
İdman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah.
 
İfaçı
Rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi, rəqqas və ya digər şəxs.
 
İkili təyinatlı mallar (işlər, xidmətlər)
Mülki məqsədlər üçün istifadə edilən, lakin kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında da istifadə edilə bilən mallar (işlər, xidmətlər).
 
İKT
İnformasiya-kommunikasiya texnologiyaları.
 
İlk dəfə işaxtaranlar
Əmək fəaliyyətinə ilk dəfə başlamaq istəyən və əvvəllər işləməyən əmək qabiliyyətli şəxslər.
 
İlkin dəyər
Alınması , quraşdırılması və başqa analoji xərcləri də daxil etməklə əmlakın, obyektin əldə edilməsinə çəkilən faktiki məsrəflərdir.
 
İlkin sənədlər
Təsərrüfat əməliyyatlarını və onların aparılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təsdiq edən yazılı şəhadətnamə.
 
İmmiqrant
İmmiqrasiya haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər.
 
İmmiqrasiya
İmmiqrasiya haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamağa gəlməsi.
 
İmmiqrasiya kvotası
Bir il ərzində müvafiq ölkələrdən Azərbaycan Respublikasına gəlmələrinə icazə verilən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin sayının son həddi.
 
İmza sahibi barəsində məlumatlar
Sertifikat alarkən imza sahibinin bildirdiyi və sistemin işi zamanı onun barəsində toplanılan məlumatlar.
 
İmza vərəqələri
Bu və ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən və ya referendumqabağı təşviqatda iştirak məqsədi ilə referendum üzrə təşviqat qrupunda üzvlük haqqında seçicilərin imzaları olan siyahılar.

 

İncəsənət abidələri
Tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri.
 
İndeksləşdirmə
Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir.
 
Go to top