I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Əmək vetiranları
Dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş,yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar.
 
Əməliyyat-axtarış fəaliyyəti
Müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla Əməliyyat-axtarış fəaliyyəti haqqında Qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi. Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət və hərbi sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir.
 
Əməyin mühavizəsi
İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemi.

 

Əqd
Mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi.

 

Əqdli çatışmazlıq
Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaşda olan çatışmazlıq.
 
Əqli fəaliyyətin nəticələri
İşlər, elektron hesablayıcı texnikanın və məlumat topluları proqramlarına müəlliflik hüquqları, sənaye mülkiyyətinə hüquqlar, kəşf hüquqları, hüquqi və fiziki şəxslər tərəfindən istehsal edilmiş (onlara məxsus olan) mallar, onlar tərəfindən göstərilən xidmətlər, silah, hərbi texnika, ikili təyinatlı mallar, kütləvi qırğın silahının hazırlanması üçün xüsusi avadanlıq və texnologiya ilə bağlı olan sənaye nümunələri və nou-hau.
 
Əqli mülkiyyət hüquqları
Müəlliflik hüququ və əlaqəli hüquqlar, sənaye mülkiyyəti və digər əqli mülkiyyət obyektlərinə olan hüquqların məcmusu.

 

Ərazi (rayon) kollektiv saziş
Ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir.

 

Ərazi qurluşu
Nəzərdə tutulmuş meyarlara əsasən Azərbaycan Respublikasının unitar, vahid əraziyə malik olan dövlət kimi müvafiq hissələrə bölünməsi.
 
Ərazi vahidi
Müəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsidir (rayon, şəhər, qəsəbə, kənd).
 
Ərizə
Vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.
 
Ərizəçi
Özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanlara və ya məhkəməyə müraciət edən şəxs.

 

Ərlə arvadın ümumi mülkiyyəti
Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyəti.

 

Ərzaq malları dükanı
Ticarət sahəsi 100 kv.m-dən yuxarı olub, ticarətin təşkili üçün lazım olan avadanlıqlarla təchiz edilmiş ticarət obyektidir. Bu obyektlərdə malların mövcud çeşiddə nümayiş etdirilməsi üçün açıq və qapalı soyuducu vitrinlər, piştaxtalar, elektron tərəzilər, xüsusi qablar və s. olmalıdır. Satış özünəxidmət və ya satıcı vasitəsi ilə həyata keçirilir.
 
Ərzaq xammalı
Bitki, heyvan, mikrobioloji və mineral mənşəli məhsullar, habelə qida məhsullarının istehsalında istifadə edilən sular.
 
Go to top