I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Ətraf mühitin monitorinqi
Təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi.
 
Ətraf mühitin mühafizəsi
Ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması.
 
Ətraf mühitin qəza nəticəsində çirklənməsi
Qəza və (və ya) texnogen fəlakət nəticəsində zərərli maddələrin atmosfer havasına, suya atılmasına, yerin səthində və təkində yayılmasına görə ətraf mühitin müvafiq ərazi üçün yol verilən həddən artıq çirklənməsi.
 
Ətraf mühitə dair informasiya
Torpağın, suyun, yerin təkinin, atmosferin və canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və məsrəflər barədə məlumatlar.
 

 

Ətraf mühitə dair informasiya obyektləri
Əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun, yerin təkinin, atmosferin, meşələrin, heyvanlar və bitkilər aləminin qorunması, təbii ehtiyatlardan, habelə təkrar xammaldan istifadə, bu sahədə qayda və standartları müəyyənləşdirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilən qərarlar qəbul etmək səlahiyyətli dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları, digər ixtisaslaşdırılmış fəaliyyət növləri.
 
Ətraf mühitə dair informasiya regstri
Dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən ətraf mühitin vəziyyəti və ona təsir edən amillər haqqında yaradılan, saxlanılan və mütəmadi olaraq yeniləşdirilən sistemləşdirilmiş məlumatların məcmusu.
 
Ətraf mühitə vurulmuş zərər
Ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı müvafiq ərazi üçün yol verilən həddən artıq çirklənmiş torpaq sahələrinin və su obyektlərinin bərpasına tələb olunan vəsait, habelə atmosfer havasının çirklənməsi, heyvanlar və bitkilər aləminin məhv olunması ilə bağlı zərər.
 
Ətraf mühitə zərərli təsir
Ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət.
 
Əvəzedilməz əşyalar
Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi—müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır.

 

Əvəzedilən əşyalar
Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır.

 

Əyani kataloq
Normativ sənədlər üçün əsas oxucu kataloqdur, onların maksimum aşkarlanmasına xidmət edir. Kataloqa qüvvədə olan standartların və texniki şərtlərin biblioqrafik təsviri olan kartoçkalar daxildir.
 
Əyar
Məmulat hazırlanan ərintinin dəyərini müəyyən edən və min çəki vahidində qiymətli metalın miqdarını təsdiqləyən dövlət standartı.
+
Go to top