I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
İnzibati icraat
Fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət.
 
İnzibati orqan

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs.
 
İnzibati şikayət
Hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan,inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti.
 
İnzibati statistika
Müvafiq normativ hüquqi aktlar əsasında dövlət orqanları tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar istehsal olunan məlumatlar.
 
İnzibati statistika
Müvafiq normativ hüquqi aktlar əsasında dövlət orqanları tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar istehsal olunan məlumatlar.
 
İnzibati ərazi bölgüsü
İdarə etmənin, qanunçuluğun, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin dövlət hakimiyyəti orqanları tərəfindən təmin edilməsinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikasının ərazisinin unitar dövlət kimi müəyyən hissələrə bölünməsi.
 
İnzibati ərazi dairəsi
İki və daha çox kənd və ya qəsəbədən ibarət olan, hüdudlarında qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli dövlət hakimiyyət orqanlarının yaradıldığı və fəaliyyət göstərdiyi Azərbaycan Respublikasının inzibati ərazi vahidi.
 
İnzibati ərazi vahidi
Hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (şəhər, rayon, inzibati ərazi dairəsi, bəzi hallarda qəsəbə və kənd).
 
İonlaşdırıcı şüalanma
Radioaktiv çevrilmələr və nüvə parçalanması zamanı ətraf mühitlə qarşılıqlı təsir nəticəsində maddədə müxtəlif işarəli ionlar yarada bilən şüalar.
 
İpoteka
Öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovu.
 
İpoteka borcu
Torpaq sahəsi elə yüklü edilə bilər ki, xeyrinə yüklülük müəyyənləşdirilən şəxsə torpaq sahəsi üzrə ödənilməli olan müəyyən pul məbləği.

 

İpoteka hüququ
Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ.
 
İpoteka kağızı
İpoteka hüququnu təsbit edən adlı qiymətli kağız.
 
İpoteka kağızının qanuni sahibi
İpoteka kağızı üzərində sahiblik hüququ əldə edən şəxs.
 
İpoteka müqaviləsi
Əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqd.
 
Go to top