"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Cinsi mənsubiyyətə görə ayrı-seçkilik

Seksual qısnama, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlük

Çıxış gömrükxanası

Sərhəd buraxılış məntəqəsində yerləşən, malların oradan keçməklə Azərbaycan Respublikasından aparıldığı Azərbaycan Respublikasının aralıq gömrükxanası.

Coğrafi göstərici

Əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə (coğrafi obyektlə) bağlı olduğunu bildirən, onun xüsusi keyfiyyətini, şöhrətini və başqa xüsusiyyətlərini əks etdirən göstərici.

Coğrafi obyektin adının dəqiqləşdirilməsi

oğrafi obyektin daha çox istifadə edilən adının seçilməsi və həmin adın yazılışının Azərbaycan Respublikasının dövlət dilinin normalarına uyğunlaşdırılması

Coğrafi obyektlər

Təbii və antropogen mənşəli, bütöv və nisbətən sabit ərazi törəmələri: materiklər, okeanlar, dənizlər, körfəzlər, boğazlar, adalar, yarımadalar, dağlar, zirvələr, meşələr, çaylar, göllər, buzlaqlar, səhralar, vulkanlar və digər təbiət obyektləri; milli parklar, təbiət qoruqları və bu kimi digər obyektlər; şəhərlər, rayonlar, şəhər rayonları, qəsəbələr və kəndlər; hava və dəniz limanları, dəmiryol stansiyaları

Coğrafi obyektlərin adları

Coğrafi obyektlərin tanınması və bir-birindən fərqləndirilməsi məqsədi ilə onlara verilən adlar

Coğrafi obyektlərin adlarının müəyyənləşdirilməsi

Coğrafi obyektlərin mövcud adlarının aydınlaşdırılması, coğrafi obyektlərə ad verilməsi və onların adlarının dəyişdirilməsi

Cərimə

Müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.

Cəza

Məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir.

Go to top