|
İdman federasiyası
|
| Müvafiq idman növü üzrə klubların və komandaların könüllü üzvlüyü əsasında yaradılan, həmin idman növünün respublikada inkişafını təmin edən, müvafiq beynəlxalq idman federasiyasının nizamnaməsi və onun müəyyən etdiyi qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən ictimai birlik. |
| |
|
|
İdman silahı
|
| İdman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah. |
| |
|
|
İfaçı
|
| Rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi, rəqqas və ya digər şəxs. |
| |
|
|
İkili təyinatlı mallar (işlər, xidmətlər)
|
| Mülki məqsədlər üçün istifadə edilən, lakin kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında da istifadə edilə bilən mallar (işlər, xidmətlər). |
| |
|
|
İKT
|
| İnformasiya-kommunikasiya texnologiyaları. |
| |
|
|
İlk dəfə işaxtaranlar
|
| Əmək fəaliyyətinə ilk dəfə başlamaq istəyən və əvvəllər işləməyən əmək qabiliyyətli şəxslər. |
| |
|
|
İlkin dəyər
|
| Alınması , quraşdırılması və başqa analoji xərcləri də daxil etməklə əmlakın, obyektin əldə edilməsinə çəkilən faktiki məsrəflərdir. |
| |
|
|
İlkin sənədlər
|
| Təsərrüfat əməliyyatlarını və onların aparılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təsdiq edən yazılı şəhadətnamə. |
| |
|
|
İmmiqrant
|
| İmmiqrasiya haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər. |
| |
|
|
İmmiqrasiya
|
| İmmiqrasiya haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamağa gəlməsi. |
| |
|
|
İmmiqrasiya kvotası
|
| Bir il ərzində müvafiq ölkələrdən Azərbaycan Respublikasına gəlmələrinə icazə verilən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin sayının son həddi. |
| |
|
|
İmza sahibi barəsində məlumatlar
|
| Sertifikat alarkən imza sahibinin bildirdiyi və sistemin işi zamanı onun barəsində toplanılan məlumatlar. |
| |
|
|
İmza vərəqələri
|
| Bu və ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən və ya referendumqabağı təşviqatda iştirak məqsədi ilə referendum üzrə təşviqat qrupunda üzvlük haqqında seçicilərin imzaları olan siyahılar. |
|
|
|
İncəsənət abidələri
|
| Tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri. |
| |
|
|
İndeksləşdirmə
|
| Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. |
| |
|