|
Ətraf mühitin monitorinqi
|
| Təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi. |
| |
|
|
Ətraf mühitin mühafizəsi
|
| Ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması. |
| |
|
|
Ətraf mühitin qəza nəticəsində çirklənməsi
|
| Qəza və (və ya) texnogen fəlakət nəticəsində zərərli maddələrin atmosfer havasına, suya atılmasına, yerin səthində və təkində yayılmasına görə ətraf mühitin müvafiq ərazi üçün yol verilən həddən artıq çirklənməsi. |
| |
|
|
Ətraf mühitə dair informasiya
|
| Torpağın, suyun, yerin təkinin, atmosferin və canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və məsrəflər barədə məlumatlar. |
| |
|
|
|
Ətraf mühitə dair informasiya obyektləri
|
| Əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun, yerin təkinin, atmosferin, meşələrin, heyvanlar və bitkilər aləminin qorunması, təbii ehtiyatlardan, habelə təkrar xammaldan istifadə, bu sahədə qayda və standartları müəyyənləşdirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilən qərarlar qəbul etmək səlahiyyətli dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları, digər ixtisaslaşdırılmış fəaliyyət növləri. |
| |
|
|
Ətraf mühitə dair informasiya regstri
|
| Dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən ətraf mühitin vəziyyəti və ona təsir edən amillər haqqında yaradılan, saxlanılan və mütəmadi olaraq yeniləşdirilən sistemləşdirilmiş məlumatların məcmusu. |
| |
|
|
Ətraf mühitə vurulmuş zərər
|
|
|
Ətraf mühitə zərərli təsir
|
| Ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət. |
| |
|
|
Əvəzedilməz əşyalar
|
| Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi—müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. |
|
|
Əvəzedilən əşyalar
|
|
|
Əyani kataloq
|
| Normativ sənədlər üçün əsas oxucu kataloqdur, onların maksimum aşkarlanmasına xidmət edir. Kataloqa qüvvədə olan standartların və texniki şərtlərin biblioqrafik təsviri olan kartoçkalar daxildir. |
| |
|
|
Əyar
|
| Məmulat hazırlanan ərintinin dəyərini müəyyən edən və min çəki vahidində qiymətli metalın miqdarını təsdiqləyən dövlət standartı. |
| + |
|