| Термин | Определение |
|---|---|
| Akkreditiv Üzrə Hesablaşmalar | alıcının akkreditiv ərizəsinə uyğun olaraq, göstərilən xidmətə və ya yüklənmiş mala görə satıcının bank hesabına vəsait köçürülməsi üçün tapşırıq verdiyi xarici hesablaşma formasıdır. Adətən, akkreditivlər 45 gün müddətinə açılır. |
| Akkreditivin Bağlanması | akkreditiv üzrə pulların verilməsinə dair əməliyyatların dayandırılması haqda qeyd. |
| Akkreditivin Bağlanması | akkreditiv üzrə pulların verilməsinə dair əməliyyatların dayandırılması haqda qeyd. |
| Akkreditivləşdirilmiş Broker | fond birjasının peşəkar üzvü kimi qiymətli kağızlarla müxtəlif əməliyyatlar aparan hüquqi və ya fiziki şəxs. |
| Akkreditivləşdirmə | hər hansı idarə, təşkilat, eləcə də fiziki və ya hüquqi şəxs üçün üçüncü şəxsin hesabına kredit vəsaitinin açılması. |
| Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi | Təkmil sertifikat vermək hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə ilə təsdiqlənmiş sertifikat xidmətləri mərkəzi. |
| Akonto | öncədən hesablaşma formasında idxalçı tərəfin ixracatçıya məxsus hesaba ödənişi |
| Akselerasiya | borc alan tərəfindən kredit müqaviləsi şərtlərinin hər hansı birinin pozulduğu təqdirdə kredit məbləğinin vaxtından öncə geri qaytarılması barədə kreditorla borc alan arasındakı razılaşma. |
| Akselerator | İnvestisiya həcmi və dinamikasının istehlak mallarına olan tələbatdan asılı olmasını şərtləndirən iqtisadi model. Bu model C.M.Keyns tərəfindən təklif olunmuşdur |
| Aksepdən İmtina | ödəyicinin ona təqdim edilmiş hesabları, hesablaşma sənədlərini ödəməkdən yazılı şəkildə tərtib edilmiş rəsmi imtinası. |
| Aksept | Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı |
| Aksept Evi | xarici ticarətin kreditləşdirilməsi üzrə ixtisaslaşan bank müəssisəsi. |
| Aksept Krediti | bank tərəfindən köçürmə vekselin akseptləşdirilməsi qaydasında təqdim edilən kredit. |
| Aksept Tapşırığı | idxalçı tərəfin ona xidmət edən banka onun hesabında olan vəsaitin qismən və ya tam həcmdə müəyyən bir hesabda deponlaşdırılması və aksepti barəsində təqdim etdiyi ödəniş tapşırığı. |
| Aksept-Ramburs Kreditləri | bir ölkə bankının başqa ölkə bankının tapşırığı əsasında ixracatçıya aksept tramma formasında verdiyi kreditdir. |