|
Dövlətə xəyanət
|
| Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə. |
|
|
Dövri mətbu nəşrlər
|
| Çap prosesinin və ya hər hansı surətçıxaran texnika vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər. |
| |
|
|
Dövriyyə vəsaitləri (aktivləri)
|
| Bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsalat, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir. Bunlara kassada və bankda olan pul vəsaitləri,tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsi aiddir. |
| |
|
|
Dövriyyədənkənar (uzunmüddətli) aktivlər
|
| Bir neçə il istifadəsi nəzərdə tutulan faydalı xassələrdir. Bunlara əsas vəsaitlər, kapital, yaxud başqa maliyyə qoyuluşları, qeyri-maddi aktivlər aiddir. |
| |
|
|
Döyüş silahı
|
| Qulluq vəzifəsinin və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silah. |
| |
|
|
Döyüş sursatı
|
| Müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar. |
| |
|
|
Drenaj suları
|
| Drenaj qurğuları vasitəsilə kənara axıdılan sular. |
| |
|
|
Duracaq
|
| Hərəkətsiz vəziyyətə gətirilmiş nəqliyyat vasitəsinin saxlandığı mühafizə olunan qapalı ərazi. |
| |
|
|
Duzun yodlaşdırılması
|
| Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə qida və yem üçün istifadə olunan duzun yodla zənginləşdirilməsi prosesi. |
| |
|
|
Dəbbə pulu
|
| Müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği (cərimə, penya). |
|
|
Dəfinə
|
| Torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşya. |
|
|
Dələduzluq
|
| Sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə. |
|
|
Dəniz limanı
|
| Xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklər ilə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksi. |
|
|
Dəniz quldurluğu
|
| Özgənin əmlakını ələ keçirmək məqsədi ilə zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın. |
|
|
Dərc
|
| Seçki komissiyalarının və seçkilərin (referendumun) keçirilməsində iştirak edən digər dövlet orqanlarının seçkilərlə (referendumla) bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu ilə, rəsmi çap, televiziya, radio və ya hamının həmin qərarlarla tanış olmasını mümkün edən digər üsullarla əhalinin nəzərinə çatdırılması və ya elan edilməsi. |
|