I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Daşınmaz əmlak
Üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr.
 
Daşınmaz əmlakın dövlət reyestr nömrəsi
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrə.
 
Daşınmaz əşyalar
Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər.

Daşıyıcı
Ödəniş və ya muzdla sərnişin, baqaj və poçt daşımaları üzrə xidmətləri göstərən, mülkiyyət icarə hüququ və ya başqa qanuni əsaslarla nəqliyyat vasitələrinə malik olan hüquqi və ya fiziki şəxs.
 
Daşıyıcı !
Daşınma müqaviləsi və ya digər qanuni əsaslarla sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkar
 
Daxili audit
Təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir
 
Daxili audit standartları
Daxili Auditorlar İnstitutunun Daxili Audit Standartları üzrə İdarə Heyəti tərəfindən təsdiq edilən, daxili nəzarət sistemini və daxili audit xidməti fəaliyyətini tənzimləyən normativ sənədlərdir
 
Daxili audit xidməti
Təsərrüfat subyektində daxili audit fəaliyyətini həyata keçirən struktur bölmədir (Audit Komitəsi, departament, şöbə, bölmə, daxili auditor)
 
Daxili auditor
Daxili audit xidmətinin daxili auditi həyata keçirən əməkdaşıdır
 
Daxili Auditorlar İnstitutu
Daxili audit peşəsi üzrə beynəlxalq sertifikatlaşdırma, tədris, tədqiqat işinə və xüsusi təlimatların hazırlanmasına rəhbərlik edən peşəkar assosiasiyadır
 
Daxili Auditorlar İnstitutu
Daxili audit peşəsi üzrə beynəlxalq sertifikatlaşdırma, tədris, tədqiqat işinə və xüsusi təlimatların hazırlanmasına rəhbərlik edən peşəkar assosiasiyadır
 
Daxili dövlət borcu
Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc
 
Daxili turizm
Azərbaycan Respublikasında yaşayan vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudları daxilində səyahətləri.
 
Go to top