|
Fövqəladə hadisələrin aradan qaldırılması
|
| İnsanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlər. |
| |
|
|
Fövqəladə hal
|
| Hidrotexniki qurğuda baş verən qəza və zədələnmə nəticəsində müəyyən bir ərazidə insanların həyatına, sağlamlığına, əmlakına, ətraf mühitə və təsərrüfat obyektlərinə zərər dəyməsinə, habelə maddi itkilərə səbəb olan vəziyyət. |
| |
|
|
Fövqəladə vəziyyət
|
| Azərbaycan Respublikasının Konstitusiyasına və Fövqəladə vəziyyət haqqında Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin bu qanun ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimdir. |
| |
|
|
Françayzinq müqaviləsi
|
| Elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. |
|
|
Frant-ofis
|
| Müştərilərlə və bankın tərəfdaşları ilə müqavilələrin bağlanması və bağlanmış əqdlər üzrə bank sənədlərinin qeydiyyata alınması üçün bek-ofisə təqdim olunmasını həyata keçirən bank bölməsidir. |
| |
|
|
Frontinq sazişi
|
| Frontinq edən sığortaçı tərəfindən digər sığortaçının təklifi ilə sığorta şəhadətnamələrinin verilməsinə və təkrar sığorta müqaviləsinə əsasən komisyon mükafatı almaqla, həmin sığortaçıya risklərin tam həcmdə ötürülməsinə dair razılaşma. |
| |
|
|
Fyuçers
|
| Müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyini təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır. |
|
|
Fərarilik
|
| Hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi). |
|
|
Fərdi baytarlıq təbabəti praktikası
|
| Baytarlıq haqqında Qanunun 5.3-cü və 30-cu maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti |
| |
|
|
Fərdi borclu
|
|
|
Fərdi hesab
|
| Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığorta olunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesab. |
| |
|
|
Fərdi hesabın sığorta hissəsi
|
| Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesab. |
| |
|
|
Fərdi hesabın yığım hissəsi
|
| Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunan şəxslər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesab. |
| |
|
|
Fərdi identifikasiya nömrəsi
|
| Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz kod. |
| |
|
|
Fərdi profilaktik iş
|
| Sosial təhlükəli vəziyyətdə olan ailələrin və yetkinlik yaşına çatmayanların vaxtında aşkar edilməsi, habelə onların sosial-pedaqoji reabilitasi yası və (və ya) yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınması üzrə fəaliyyət. |
| |
|