I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Eksklüziv qidalanma
Altı aya qədər körpələrin yalnız ana südü ilə qidalandırılması.
 
Ekskursiya fəaliyyəti
Turoperatorun müddəti 24 saatdan çox olmayan və turistlərin yerləşdirilməsi (gecələməsi) xidmətini nəzərdə tutmayan turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı üzrə fəaliyyəti.
 
Ekspeditor
Üçüncü şəxslər (daşıyıcılar) vasitəsi ilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs.

 

Ekspertin rəyi
Məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticə.
 
Ekstradisiya
Cinayət törətmiş şəxslərin verilməsi.
 
Ekzonim
Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektin adının xarici dillərdə istifadə edilən və Azərbaycan Respublikasının dövlət dilindən fərqli olan forması
 
Elektrik enerjisi istehlakçısı
Müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxs.
 
Elektrik qurğuları
Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililər.
 
Elektrik rabitəsi
İşarələrin; siqnalların, yazılı mətnlərin, səslərin, təsvirlərin və istənilən məlumatların naqilli, radio, optik, radiooptik və digər elektromaqnit sistemləri vasitəsi ilə hər cür qəbulu, ötürülməsi və yayımı.
 
Elektrik şəbəkəsi
Birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları.
 
Elektroenergetika
Elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanması ilə məşğul olan təsərrüfat sahəsi.
 
Elektroenergetika sistemi
Elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanmasının vahid texnoloji prosesi ilə əlaqələndirilmiş elektrik stansiyaları, yarımstansiyaları, elektrik verilişi xətləri və onların idarəetmə müəssisələrinin (sistemlərin) birliyi.
 
Elektromaqnit uyğunluğu
Radioelektron vasitələrinin və (və ya) yüksək tezlikli qurğuların qəbul olunmuş keyfiyyətlə ətraf elektromaqnit şəraitində digər radioelektron vasitələrinə və (və ya) yüksək tezlikli qurğuların işinə yolverilməz maneələr yaratmadan işləmək qabiliyyəti.
 
Elektron imza
Digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər.
 
Elektron imza sahibi
Öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs.
 
Go to top