|
İnkassasiya
|
| Nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması. |
| |
|
|
İnkassator
|
| Nağd pulun və digər qiymətlilərin inkassasiyasını həyata keçirən şəxs. |
| |
|
|
İnqrediyent
|
| Tütünə qatılan tamlı maddələr, tütün və qeyri-tütün tərkibli əlavələr, habelə tütün məmulatının istehsalında istifadə olunan qeyri-tütün komponentləri. |
| |
|
|
İnsan alverçisi
|
|
|
İnsan alveri
|
| Zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi (uşağın istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi də insan alveri hesab edilir). |
| |
|
|
İnsan alverinin potensial qurbanları
|
| Avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər. |
| |
|
|
İnsan alverinin qurbanı
|
| İnsan alverindən zərər çəkmiş, yaxud zərər çəkməsi ehtimal olunan şəxs. |
| |
|
|
İnsan orqan və (və ya) toxumaları
|
| Şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi. |
| |
|
|
İnsan psixikasına təsir göstərən maddələr
|
| İnsanın şüurunü, davranışını pozan, psixi və (və ya) fiziki asılılıq doğura bilən maddələr (spirtli içkilər, narkotik vasitələr və psixotrop maddələr, eləcə də digər bihuşedici təsir göstərən maddələr və vasitələr). |
| |
|
|
İnsanların istismarı
|
| Məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi. |
| |
|
|
İnteqral sxem
|
| Altlığın səthində və (və ya) həcmində bir-birindən ayrılmaz şəkildə hazırlanmış elementlər və elementlərarası əlaqələrdən ibarət olub müəyyən elektron sxem funksiyasını tam və ya qismən yerinə yetirən elektron məmulat. |
| |
|
|
İnteqrasiya təlim təhsil müəssisəsi
|
| Sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı təhsil müəssisəsi. |
| |
|
|
İnteraktiv bildiriş
|
| Əhali nümayəndələrinin öz şəxsi seçiminə görə istənilən yerdə və istənilən vaxtda əsərlərin və əlaqəli hüquqların obyektlərinin əldə olunmasını həyata keçirə biləcəyi tərzdə onlara çatdırılması |
| |
|
|
İnventarizasiya
|
| Müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsi. |
| |
|
|
İnvestisiya
|
| Gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlər. |
| |
|