|
İnvestisiya bəyannaməsi
|
| İnvestisiya qoyuluşunun məqsədlərini, istiqamətlərini, investisiya fondunun fəaliyyətinə məhdudiyyətləri müəyyən edən, diversifikasiya edilmiş investisiya portfelinə tələbləri əks etdirən, fondun və onun müdiriyyətinin (müdirinin) cari investisiya fəaliyyətini istiqamətləndirən əsas sənəd. |
| |
|
|
İnvestisiya fondu
|
| Səhmlərinin buraxılması və açıq yerləşdirilməsi vasitəsilə cəlb edilən pul vəsaitini qiymətli kağızlara investisiya edən, habelə qiymətli kağızların alqı-satqısı üzrə fəaliyyəti həyata keçirən və diversifikasiya edilmiş investisiya portfelinə sahib olan açıq tipli səhmdar cəmiyyəti. |
| |
|
|
İnvestisiya fondunun afilə edilmiş şəxsi
|
| İnvestisiya fondunun fəaliyyətində maraqlı olan və hüquqi cəhətdən əhəmiyyətli hərəkətlərlə onun fəaliyyətinə təsir edə bilən, yaxud investisiya fondu tərəfindən fəaliyyətlərinə göstərilən şəkildə təsir edilən istənilən hüquqi və ya fiziki şəxs. |
| |
|
|
İnvestisiya fondunun aktivləri
|
| Fondun uzunmüddətli aktivlərindən (uzunmüddətli maliyyə qoyuluşları və digər uzunmüddətli qoyuluşlar) və cari aktivlərindən (qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri və hesablaşmalarda olan vəsaitlər) ibarət olan əmlak. |
|
|
İnvestisiya fondunun müdiriyyəti
|
| Qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyəti həyata keçirən və investisiya fondu ilə onun idarə edilməsinə dair bağlanmış müqavilə əsasında hərəkət edən hüquqi şəxs (fiziki şəxs). |
| |
|
|
|
İnvestisiya fondunun xalis aktivləri
|
|
|
İnvestisiya fəaliyyəti
|
| İnvestorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusu. |
| |
|
|
İnvestor
|
| Qiymətli kağızları mülkiyyətinə əldə etmiş şəxs. |
|
|
İnzibati akt
|
| İnzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri. |
| |
|
|
İnzibati icraat
|
| Fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. |
| |
|
|
İnzibati orqan
|
| Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. |
| |
|
|
İnzibati şikayət
|
| Hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan,inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti. |
| |
|
|
İnzibati statistika
|
| Müvafiq normativ hüquqi aktlar əsasında dövlət orqanları tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar istehsal olunan məlumatlar. |
| |
|
|
İnzibati statistika
|
| Müvafiq normativ hüquqi aktlar əsasında dövlət orqanları tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar istehsal olunan məlumatlar. |
| |
|
|
İnzibati ərazi bölgüsü
|
| İdarə etmənin, qanunçuluğun, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin dövlət hakimiyyəti orqanları tərəfindən təmin edilməsinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikasının ərazisinin unitar dövlət kimi müəyyən hissələrə bölünməsi. |
| |
|