|
İnzibati ərazi dairəsi
|
| İki və daha çox kənd və ya qəsəbədən ibarət olan, hüdudlarında qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli dövlət hakimiyyət orqanlarının yaradıldığı və fəaliyyət göstərdiyi Azərbaycan Respublikasının inzibati ərazi vahidi. |
| |
|
|
İnzibati ərazi vahidi
|
| Hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (şəhər, rayon, inzibati ərazi dairəsi, bəzi hallarda qəsəbə və kənd). |
| |
|
|
İonlaşdırıcı şüalanma
|
| Radioaktiv çevrilmələr və nüvə parçalanması zamanı ətraf mühitlə qarşılıqlı təsir nəticəsində maddədə müxtəlif işarəli ionlar yarada bilən şüalar. |
| |
|
|
İpoteka
|
| Öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovu. |
| |
|
|
İpoteka borcu
|
| Torpaq sahəsi elə yüklü edilə bilər ki, xeyrinə yüklülük müəyyənləşdirilən şəxsə torpaq sahəsi üzrə ödənilməli olan müəyyən pul məbləği. |
|
|
İpoteka hüququ
|
| Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ. |
| |
|
|
İpoteka kağızı
|
| İpoteka hüququnu təsbit edən adlı qiymətli kağız. |
| |
|
|
İpoteka kağızının qanuni sahibi
|
| İpoteka kağızı üzərində sahiblik hüququ əldə edən şəxs. |
| |
|
|
İpoteka müqaviləsi
|
| Əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqd. |
| |
|
|
İpoteka qoyan
|
|
|
İpoteka saxlayan
|
| İpoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibi. |
| |
|
|
İpoteka şəhadətnaməsi
|
| Qanuni sahibinə ipoteka müqaviləsində göstərilən, əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və əmlakın ipotekası haqqında müqavilədə göstərilən girov hüququnu təsdiq edən adlı qiymətli kağızdır. |
|
|
İqtisadi siyasət tədbirləri
|
| Azərbaycan Respublikasının iqtisadi siyasəti baxımından müəyyən edilən və özündə kvotalaşdırma, lisenziyalaşdırma, limitləşdirmə, minimum və maksimum qiymətlərin müəyyən edilməsi, həmçinin Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə qarşılıqlı əlaqələrini tənzimləyən digər tədbirləri cəmləşdirə bilən, malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması üzrə stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlər sistemi. |
|
|
İrriqasiya (suvarma)
|
| Təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsi. |
| |
|
|
İrriqasiya (suvarma) sistemləri
|
| Suların su obyektlərindən götürülməsini, nəql edilməsini, paylanmasını və bitkilərin suvarılmasını təmin edən hidrotexniki və digər qurğular və tikililər kompleksi, habelə qoruyucu meşə əkinləri. |
| |
|