I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
İrsi qan xəstəlikləri
nəsildən nəsilə irsən keçən qan sisteminin müxtəlif xəstəlikləri
 
İrsi transmissiya
Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

 

İS topologiyası
İnteqral sxem elementlərinin və elementlərarası əlaqələr məcmusunun altlıqla əks olunmuş fəzavi-həndəsi yerləşdirilməsi.
 
İS topologiyasına hüquq sahibi
Müəllif, onun vərəsəsi, eləcə də qanunla, yaxud müqavilə əsasında müstəsna əmlak hüquqlarını almış hüquqi və ya fiziki şəxs.
 
İş vaxtından artıq iş
İşəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

 

İş yeri
İşçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.

 

İSBN
Kitabın beynəlxalq standart nömrəsi—hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə.
 
İşçi
İşəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

 

İşçilərin numayəndəli orqanı
Əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri).

 

İşsiz vətəndaş
İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs.
 
İstedadlı gənclər
Təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan gənclər.
 
İstehsal itkiləri
Mal məhsulu istehsalı prosesində əmələ gələn və ya həmişəlik itirilən materiallar, maddələr və s.
 
İstehsal prosesləri
Mal məhsulunun istehsalı və ya təmiri üçün zəruri olan bütün insan fəaliyyətinin və əmək vasitələrinin məcmusu.
 
İstehsal tulantıları
Mal məhsullarının istehsalı prosesində əmələ gəlməsi labüd olan və bəyannaməçi tərəfindən tətbiqini tapmayan (materiallar, maddələr, məmulatlar və s. ) mallar.
 
İstehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturu
Yaşayış məskənlərinin dayanıqlı və ahəngdar inkişafı üçün vacib olan, dövlət şəhərsalma norma və qaydaları ilə müəyyənləşdirilən sənaye müəssisələri, kənd təsərrüfatı obyektləri, su, kanalizasiya, istilik, qaz, elektrik, rabitə və s. mühəndis, nəqliyyat şəbəkələri və sistemləri, əhaliyə sosial, mədəni-məişət xidməti obyektləri.
 
Go to top