I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Əlilliyin qarşısının alınması
Əlilliyin baş verməsi və ağırlaşması hallarına qarşı yönəldilmiş tibbi, ekoloji, gigiyenik, texniki təhlükəsizlik, idman və digər tədbirlər sistemi.
 
Əlillərin reabilitasiyası
Orqanizmin funksiyasının davamlı pozulması nəticəsində baş verən həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemidir. Reabilitasiyanın başlıca məqsədi əlillərin sosial adaptasiyası və sosial statusunun reabilitasiya olunmasıdır.
 
Əlillərin sosial müdafiəsi
Əlillərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, kompensasiya edilməsini, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları sistemi.
 
Əlverişli inzibati akt
Maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt.
 
Əlverişsiz (yükləyici) inzibati akt
Maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt.
 
Əlverişsiz meteoroloji şərait
Yer səthinə atmosfer havasının bitişik qatında zərərli maddələrin toplanmasına və yayılmasına səbəb olan meteoroloji şərait.
 
Əmanət
Hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir
 
Əmanətçi
Hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir
 
Əmlak
Hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri.

 

Əmlak müsadirəsi
Məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, cinayətin predmetlərinin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.

 

Əmlakın qalıq dəyəri
Əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri.

 

Əmtəə birjası
Müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən təyin olunmuş yerdə və vaxtda aşkar kütləvi sövdələşmə şəklində həyata keçirilən topdansatış ticarət bazarını təşkil etmək məqsədi güdən hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilat.
 
Əmtəə kağızları
Sahibinin qiymətli kağızda göstərilən əmtəəyə dair sərəncam vermək və bu əmtəəni almaq hüququnu təsbit edən qiymətli kağızlar (anbar şəhadətnaməsi, konosament və s.).

 

Əmtəə nişanı
Sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması (kombinasiyası).
 
Əmək bazarı
İş qüvvəsinə olan tələb və təklifin məcmusu.
 
Go to top