|
Ekoloji təhlükəsizlik
|
| İnsanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi. |
| |
|
|
Ekoloji təhlükəsizliyin təmin edilməsi
|
| Təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, habelə onların nəticələrinin, o cümlədən gələcəkdə təsir göstərə biləcək nəticələrin aradan qaldırılması üzrə tədbirlər sistemi. |
| |
|
|
Ekoloji təhlükəsizliyin təmin edilməsi
|
| Təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, habelə onların nəticələrinin, o cümlədən gələcəkdə təsir göstərə biləcək nəticələrin aradan qaldırılması üzrə tədbirlər sistemi. |
| |
|
|
Ekoloji təhsil
|
| Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə normaların, xüsusi biliklərin, təcrübənin tədrisi və öyrənilməsi prosesi. |
| |
|
|
Ekoloji təmiz kənd təsərrüfatı
|
| Kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və sertifikatlaşdırılması |
| |
|
|
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları
|
| Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal olunan, habelə satılan məhsullar |
| |
|
|
Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü
|
| Ənənəvi kənd təsərrüfatı üsulundan ekoloji təmiz kənd təsərrüfatına keçməklə əlaqədar müvafiq norma, qayda və tövsiyələrin tətbiqinə başlanmasından ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılmasına qədər olan müddət |
| |
|
|
Ekoloji təmiz kənd təsərrüfatında sertifikatlaşdırma
|
| Ekoloji təmiz kənd təsərrüfatı subyektlərində kənd təsərrüfatı və ərzaq məhsullarının ekoloji təmiz kənd təsərrüfatının tələblərinə uyğun istehsal və emal edilməsi barədə ekoloji müşahidə orqanının məlumatları əsasında sertifikatlaşdırma orqanı tərəfindən həyata keçirilən sənədləşdirmə proseduru |
| |
|
|
Eksklüziv qidalanma
|
| Altı aya qədər körpələrin yalnız ana südü ilə qidalandırılması. |
| |
|
|
Ekskursiya fəaliyyəti
|
| Turoperatorun müddəti 24 saatdan çox olmayan və turistlərin yerləşdirilməsi (gecələməsi) xidmətini nəzərdə tutmayan turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı üzrə fəaliyyəti. |
| |
|
|
Ekspeditor
|
| Üçüncü şəxslər (daşıyıcılar) vasitəsi ilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs. |
|
|
Ekspertin rəyi
|
| Məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticə. |
| |
|
|
Ekstradisiya
|
| Cinayət törətmiş şəxslərin verilməsi. |
| |
|
|
Ekzonim
|
| Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektin adının xarici dillərdə istifadə edilən və Azərbaycan Respublikasının dövlət dilindən fərqli olan forması |
| |
|
|
Elektrik enerjisi istehlakçısı
|
| Müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxs. |
| |
|