|
Enerji təchizatı müəssisəsi
|
| Xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların enerji ilə təchizatına təminat verən hüquqi şəxs. |
| |
|
|
Enerjitəchizatı müəssisəsi
|
| Xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs. |
| |
|
|
Enerjiyə qənaət siyasəti
|
| Enerji resurslarından səmərəli və qənaətlə istifadə etmək məqsədilə onların istehsalı (çıxarılması), emalı, çevrilməsi, nəqli, saxlanılması, uçotu və istehlakı proseslərinin hüquqi, təşkilati və maliyyə-iqtisadi tənzimlənməsi yolu ilə həyata keçirilən dövlət siyasəti. |
| |
|
|
Erkən yaşlı uşaq
|
| Bir yaşından üç yaşınadək uşaq. |
| |
|
|
Etibarnamə
|
| Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət. |
|
|
Evdə təhsil
|
| Sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil müəssisəsinin pedoqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsi. |
| |
|
|
Evtanaziya
|
| Xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma. |
|