|
Elektron sənəd dövriyyəsi vasitəçisi
|
|
|
Elektron sənəd dövriyyəsi vasitələri
|
| Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar. |
| |
|
|
Elektron sənədi alan
|
|
|
Elektron sənədi göndərən
|
| Elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxs. |
| |
|
|
Elektron sənədin həqiqiliyi
|
| Elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsi. |
| |
|
|
Elektron ticarət
|
| İnformasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət. |
| |
|
|
Elektron ticarətin iştirakçıları
|
| Elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər. |
| |
|
|
Elit toxum
|
| Super elit toxumun çoxaldılmasından alınmış toxum. |
| |
|
|
Emal məhsulları
|
| Emal üçün gətirilmiş malların və bu prosesdə istifadə olunan Azərbaycan mallarının emalı nəticəsində alınmış mal məhsulu, istehsal tullantıları və istehsal itkilərindən ibarət olan mallar. |
| |
|
|
Emal obyekti
|
|
|
Emalçı
|
| Azərbaycan Respublikasının gömrük ərazisində emal obyektlərindən bilavasitə istifadəni həyata keçirən Azərbaycan şəxsi. |
| |
|
|
Emitent
|
| Qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən şəxs, müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı və ya bələdiyyədir. |
|
|
Enerji resursları
|
| Texnikanın mövcud səviyyəsinə və ya inkişafına müvafiq istifadə olunan neft, neft məhsulları, qaz, elektrik, istilik, su və atom enerjiləri, bərpa olunan və digər enerji daşıyıcıları. |
| |
|
|
Enerji resurslarından səmərəli istifadə
|
| Texnika və texnologiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə edilməsi. |
| |
|
|
Enerji resurslarının istehlakı normativləri
|
| Konkret istehsal, məhsul, iş və xidmət üçün istifadə edilən enerji resurslarının reqlamentləşdirilmiş miqdarı. |
| |
|