"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Kern
Yer təkinin geoloji kəsilişinin öyrənilməsi üçün çıxarılan silindrşəkilli süxur nümunəsi.
 
Kimsəsiz
Müəyyən yaşayış və ya qalmağa yeri olmayan yetkinlik yaşına çatmayan.
 
Kimyəvi meliorasiya
Torpaqların gipsləşdirilməsi.
 
Kinematoqrafiya
Kinematoqrafiya əsərlərinin yaradılmasına və istifadəsinə yönəldilmiş peşəkar, yaradıcı, istehsal, elmi, texniki və təhsil fəaliyyətinin məcmusundan ibarət mədəniyyət və incəsənət sahəsi.
 
Kinematoqrafiya fəaliyyəti
Kinofilmlərin yaradılmasına, yayılmasına və qorunmasına yönəldilən yaradıcılıq, istehsalat, elmi, texniki və təhsil kompleksini əhatə edən fəaliyyət.
 
Kinematoqrafiya ictimai birliyi
Yaradıcılıq və sosial problemlərin həlli məqsədilə ittifaq, birlik, gildiya, assosiasiya və başqa qurumlarda kinematoqrafçıların birləşdikləri yaradıcı və ya peşəkar ictimai birlik.
 
Kinematoqrafiya müəssisəsi
Təşkilati-hüquqi formasından asılı olmayaraq, fəaliyyət növlərinə görə film istehsalı, kinosalnamə çəkilişi, filmin çoxaldılması, bərpası, yayımı və nümayişi, kinozala texniki xidmət, kino materiallarının və avadanlığının hazırlanması, film, kinosalnamə istehsalı üzrə işlərin görülməsi və xidmət göstərilməsi (kino avadanlığının kirayəyə verilməsi, pavilyonların, kino komplekslərinin icarəyə verilməsi, kostyumların tikilişi, dekorasiyaların qurulması, qrimin, parik məmulatının, rekvizitin, oyun texnikasının, xüsusi effektlərin hazırlanması, kinolentlərin emalı, filmin səs düzümü və s.), kinematoqrafiya sahəsində tədris, elmi, təbliğai, nəşriyyat, reklam-təbliğat və təchizat, filmin və kinosalnamənin yekun materiallarının mühafizəsi ilə məşğul olan müəssisə.
 
Kinosalnamə
Audiovizual vasitələrlə dövrün səciyyəvi xüsusiyyətlərini və xalqın tarixini özündə əks etdirən və müntəzəm çəkilən sənədli süjetlər.
 
Kinozal
Filmin nümayiş edildiyi yer.
 
Kirayə
Əsərin, fonoqramın və ya bu Qanunla qorunan obyektlərin orijinalının və ya nüsxələrinin birbaşa və ya dolayısı yolla gəlir götürmək məqsədi ilə müəyyən müddətə müvəqqəti istifadəyə verilməsi
 
Kitab dükanı
Dərsliklərin, bədii və siyasi kitabların, məktəb ləvazimatlarının satışı ilə məşğul olan, ticarət sahəsi 50 kv.m-dən az olmayan ticarət obyektidir. Alıcılarla hesablaşmalar kassa aparatı vasitəsi ilə aparılır.
 
Kitabın beynəlxalq standart nömrəsi
Hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə (İSBN).
 
Kitabxana
Elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut.
 
Kitabxana fondu
İctimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusu.
 
Kitabxana fəaliyyəti

Oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyət.
 
Go to top