I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Konsul dairəsi
Konsulluğun yerləşdiyi dövlətlə razılıq əsasında konsul vəzifələrini icra etmək üçün ona ayrılan ərazi.
 
Konsul xidməti
Azərbaycan Respublikasının Konsul nizamnaməsi əsasında həyata keçirilən diplomatik xidmətin bir növü.
 
Konsulluğun vəzifəli şəxsi
Konsulluğun başçısı da daxil olmaqla konsul funksiyalarını yerinə yetirmək tapşırığı almış olan hər bir şəxs (baş konsul, konsul, vitse-konsul, konsul agenti və konsulluğun katibi), habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün konsulluğa ezam olunmuş şəxs (stajkeçən).
 
Konsulluğun əməkdaşı
Konsulluqda inzibati və ya texniki vəzifələri, yaxud konsulluğa xidmət etməklə bağlı vəzifələri yerinə yetirən hər hansı şəxs.
 
Kontrafakt mallar
Hüquq sahibinin qanunvericilikdə nəzərdə tutulan hüquqları pozulmaqla yaradılmış (istehsal edilmiş) və (və ya) gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallar.

 

Konversiya borcu istiqrazları
Açıq səhmdar cəmiyyətləri tərəfindən buraxılan borc öhdəlikləri olub, nəinki faizlərin hesablanmasını tələb etmək hüququ, həm də onları eyni növ qiymətli kağızlara dəyişmək hüququ və ya yeni səhmlər əldə etməkdə üstünlük hüququ verir.

 

Kooperativ
Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

 

Korporativ informasiya sistemi
Mülkiyyətçinin müəyyən etdiyi və ya iştirakçılar arasında müqavilə ilə razılaşdırılmış məhdud saylı istifadəçiləri olan informasiya sistemi.
 
Körpə
Bir yaşınadək uşaq.
 
Korrupsiya
Vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
 
Kredit ittifaqı
Mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatı.
 
Kredit riski
Borclunun banka olan öhdəliklərini yerinə yetirə bilməməsi ehtimalı.
 
Kreditorların tələblərinin ödənilməsi
Hüquqi şəxs ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə ödənilir: -birinci növbədə ləğv edilən hüquqi şəxsin əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödənilir; -ikinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən hüquqi şəxs onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır; -üçüncü növbədə işdənçıxma müavinətlərinin verilməsi və əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi üzrə, müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar aparılır; -dördüncü növbədə büdcəyə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borc ödənilir; -beşinci növbədə qalan kreditorlar ilə hesablaşmalar aparılır. -Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. -Ləğvetmə komissiyası kreditorun tələblərini ödəməkdən imtina etdikdə və ya onlara baxmaqdan boyun qaçırdıqda kreditorun ixtiyarı var ki, hüquqi şəxsin ləğvetmə balansı təsdiq edilənədək ləğvetmə komissiyasına qarşı iddia ilə məhkəməyə müraciət etsin. -Ləğvetmə komissiyasının tələblər irəli sürülməsi üçün müəyyənləşdirdiyi müddət qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər kreditorların vaxtında bildirdikləri tələblər ödənildikdən sonra ləğv edilən hüquqi şəxsin qalan əmlakından ödənilir. -Ləğv edilən hüquqi şəxsin kreditorlarının ləğvetmə komissiyası tərəfindən qəbul edilməmiş tələbləri kreditorun iddia ilə məhkəməyə müraciət etmədiyi hallarda, habelə məhkəmə qərarı ilə kreditora ödənilməsindən imtina edilmiş tələbləri ödənilmiş sayılır.

 

Kreditə konvertasiya əmsalı
Bankın balansdankənar öhdəliklərinin balans aktivlərinin dəyərinə çevrilməsinə imkan verən göstərici.
 
Küçə yürüşü
Müəyyən marşrutla hərəkət edən bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsi.
 
Go to top