|
Kommersiya məqsədi ilə istifadə
|
| Satmaq, kirayəyə vermək, yaxud kommersiya yayımının digər üsulları, həmçinin bunların həyata keçirilməsinin təklif edilməsi. |
| |
|
|
Kommersiya sirri
|
| Hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar. |
| |
|
|
Kommersiya sirrini yaymaq
|
| Müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması. |
| |
|
|
Kommersiya sirrinin daşıyıcıları
|
| Kommersiya sirrinin işarələr, təsvirlər, düsturlar, texnoloji proseslər, siqnallar və başqa formada ifadə edildiyi maddi və qeyri-maddi obyektlər. |
| |
|
|
Kommersiya sirrinin konfidenti
|
| Kommersiya sirrini qanuni əsaslarla kommersiya sirrinin sahibindən əldə edən hüquqi və ya fiziki şəxs. |
| |
|
|
Kommersiya sirrinin rejimi
|
|
|
Kommersiya sirrinin əldə edilməsinin məhdudlaşdırılması üzrə kommersiya sirrinin sahibi və ya konfident tərəfindən müəyyən olunmuş hüquqi, təşkilati, texniki və digər tədbirlər sistemi.
|
| Kommersiya sirrinə qanuni əsaslarla malik olan hüquqi və ya fiziki şəxs. |
| |
|
|
Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsulları
|
| Kommersiya sirrinin sənədləri oğurlamaq, fotoşəklini çəkmək, surətini çıxarmaq, zor tətbiq etmək və ya hədələmək, rüşvət vermək, kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq və ya pozmağa təhrik (vadar) etmək, məlumatların ötürülmə kanallarına qoşulmaq, danışıqlara qulaq asmaq və müşahidə aparmaq kimi qeyri-qanuni üsullarla əldə edilməsi. |
| |
|
|
Kommersiya təmsilçisi
|
| Sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs. |
|
|
Kompensasiya
|
| Sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. |
| |
|
|
Kompüter proqramı
|
| Maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində əldə edilən hazırlıq materialları və onun doğurduğu audiovizual təsvirlər də daxildir. |
| |
|
|
Konfidensial informasiya
|
| Əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhdudlaşdırılan sənədləşdirilmiş informasiya. |
| |
|
|
Konosament
|
| Mala dair sərəncam sənədindən ibarət ticarət kağızı olub, onun sahibinin konosamentdə göstərilən yükə dair sərəncam vermək və daşıma başa çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir. Konosament adsız, orderli və ya adlı ola bilər. |
|
|
Konsessiya müqaviləsi
|
| İstehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: -tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; -bu malları öz adından və öz hesabına başqasına satmaq; -bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. |
|
|
Konsiqnasiya anbarı haqqında müqavilə
|
| Konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədi ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. |
|