I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Balanslaşdıran Göstəricilər

bank balansının passivində yaranan resurslara ekvivalent olan vəsaitlər. 

Balanslaşdırılmış Büdcə

gəlir və xərc arasında heç bir fərq olmayan büdcədir, daha doğrusu kəsiri olmayan büdcədir.

Balanslaşdırmaq

mühasibata aid olmaqla balans tərtib etmək deməkdir

Balıq ehtiyatları

Su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi.

Balıq təsərrüfatı meliorasiyası

Su hövzələrinin çirklənməsinin, zibillənməsinin və lilləşməsinin qarşısının alınması, sərt gövdəli su bitkilərindən təmizlənməsi, suların aerasiyası, habelə balıqların, digər su heyvanları və bitkilərinin məskunlaşdığı, qidalandığı, nəsil artırdığı və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılması.

Balıqartırma

Su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, habelə balıqyetişdirmə texnologiyasının bioloji əsaslarının öyrənilməsi.

Balıqçılıq

Su hövzələrində balıqların, digər su heyvanları və bitkilərinin artırılması, bərpası, yetişdirilməsi, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönəldilmiş bioloji,biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi.

Balıqmühafizə

Balıqların, digər su heyvanları və bitkilərinin mühafizə olunmasına, qorunmasına, onların ovunun tənzimlənməsinə, artırılmasına, bərpasına və balıq təsərrüfatı meliorasiyası işlərinə nəzarət.

Balıqyetişdirmə

Balıq körpələrinin süni göl və nohurlarda əmtəə məqsədilə satış çəkisinə qədər intensiv yetişdirilməsi və bəslənməsi.

Balloter

açıq və ya gizli səsvermə yolu ilə birja əməliyyatları ilə bağlı mübahisəli məsələlərin həlli variantı.

Ban

Rumuniyada xırda monet 1BAN=10 LEY

Banderol

1) Vergi və rüsuma cəlb edilən bir sıra əmtəələrin, malların üzərinə yapışdırılmış etiket (kağız) 2) Banklarda, digər kredit təşkilatlarında pul əskinazlarını, qiymətli kağızları və s. –ni dəstələmək üçün istifadə edilən möhkəm, şəffaf lent

Banderol

Pul dəstləri bağlamaq üçün Milli Bank tərəfindən təsdiq edilmiş vahid normalı kağız lent.

Banderol Yığımı

vergiyə, rüsumlara cəlb edilən əmtəələrin üzərinə yapışdırılan banderolların satışı vasitəsilə əldə edilən vasitəli vergi (aksiz).

Banditizm

Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə.

Go to top