| Термин | Определение |
|---|---|
| Bələdiyyələrin məhəllə komitələri | Bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədi ilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklər. |
| Bələdiyyələrin su təsərrüfatı | Bələdiyyə torpaqlarında yerləşən yerli əhəmiyyətli yeraltı və yerüstü suların tənzimlənməsi, istifadəsi, mühafizəsi, habelə suların vurduğu zərərin qarşısının alınması ilə əlaqədar tədbirlər. |
| Bələdiyyələrin su təsərrüfatı obyekti | Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə, habelə Sudan İstifadəedənlər Birliyinin istifadəsində olmayan su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular. |
| Bərbərxana | Saçların qırxılması (düzəldilməsi), yuyulması və rənglənməsi, parik və şinyonların qoyulması, dırnaqların təmizlənməsi, pedikür və manikür olunması üçün müvafiq avadanlıqlarla təmin olunmuş məişət xidməti obyektidir. Bu obyektlərdə istehlakçıların gözləməsi və üst geyimlərinin saxlanılması üçün xüsusi sahələr ayrılmalıdır |
| Bərpa dəyəri | Mövcud vaxtda istifadəsi zəruri olan dövriyyədənkənar aktivlərin mümkün məsrəflərinin qiymətləndirilməsi. |
| Bərpa olunan enerji mənbələri | Ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (günəş, külək, yerin istilik axınları, biokütlə, dəniz, su axınları və s.) |
| “Baş Qiymətli Kağız” | başqa qiymətli kağızlarla müqayisədə ləğv edilən şirkətin aktivlərinə üstün hüquqlar verən qiymətli kağız |
| “Beyin Axını” | kasıb ölkələrdən istedadlı insanların varlı ölkələrə 47 köçməsidir |