I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Bank Marjası

bankın yerləşdirdiyi kredit resurslarının və cəlb etdiyi depozitlərin faiz dərəcələri arasındakı fərq. 

Bank Menecmenti

bank işinin idarə edilməsi. Bank menecmentinin əsas məqsədi son nəticədə daha çox bank mənfəətinə nail olmaqdır. 

Bank metalları

Beynəlxalq standartlara uyğun yüksək əyar göstəricisinə qədər təmizlənmiş (affinaj edilmiş) və keyfiyyət sertifikatına malik olan qiymətli metalların külçələri (standart və ölçülmüş külçələr), Azərbaycan Respublikası və digər dövlətlər tərəfindən tədavülə buraxılan və öz nominal dəyərindən fərqli qiymətə satıla bilən qiymətli metallardan hazırlanmış sikkələr.

Bank Məktəbi

əsası Adam Smit və başqaları tərəfindən qoyulan, bankın pul emissiyası haqqında nəzəriyyə. Banknotların dönərli olması, həcminin məhdud olması, istehsalın və əhalinin ona olan tələbatı zərurətindən yaranması və s. ideyalar nəzəriyyənin başlıca prinsiplərini təşkil edir

Bank Nəzarəti

 1) verilmiş kreditlərin məqsədli istifadəsinə, yaxud ödəmə qabiliyyətini itirmiş borcalanın vəsaitlərinin sərf edilməsinə onun müflis elan edilməsinə qədər bank nəzarəti; 2) Mərkəzi bank tərəfindən kommersiya banklarının fəaliyyətinə nəzarət. 

Bank olmayan kredit təşkilatı

Öz vəsaiti və/və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxs.

Bank Qarantiyası (zəmanəti)

bankın və ya digər maliyyə təşkilatının hüquqi cəhətdən sərbəst öhdəliyinin icrasının təminat formasıdır. Beynəlxalq təcrübədə əsasən iki növ qarantiyadan istifadə edirlər: 1) tələbə görə qarantiya 2) şərtləndirilmiş qarantiy

Bank Resursları

bankın, cəlb olunmuş və xüsusi vəsaitlərini özündə birləşdirən maliyyə vəsaitidir. 

Bank Riski

bankın həyata keçirdiyi əməliyyatların nəzərdə tutulan mənfəətlə, gəlirlə və ya səmərə ilə nəticələnməməsi, o cümlədən zərərlə nəticələnməsi ehtimalı. 

Bank Sertifikatı

1) bank müştərisinin hesabının saldosunu göstərən sənəd. 2) Bankda pul vəsaitinin deponentləşdirilməsini təsdiq edən sənəd. 

Bank Sindikatı

emitentə tədavülə buraxılan qiymətli kağızların birdəfəlik alışı və yerləşdirilməsi ilə bağlı zəmanət təqdim edən investisiya bankları qrupu və ya maliyyə institutları qrupu.

Bank sirri

Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verməsi.

Bank Sistemi

ölkənin mövcud pul-kredit mexanizmi əsasında fəaliyyət göstərən müxtəlif növ yerli bankların məcmusu. 

Bank Ssudası

– İstiqrazlar.

Bank Sənədi

bank əməliyyatının əks olunduğu, göstərildiyi sənəd. 

Go to top