| Термин | Определение |
|---|---|
| Banklar Üçün İqtisadi Normativlər | pul dövriyyəsinin idarə edilməsi və bank əməliyyatlarının tənzimlənməsi metodlarıdır |
| Banklararası Depozit | |
| Banklararası Kredit | kredit müqaviləsinə görə borc götürən bank, həmin vəsaiti öz təsərrüfat tələblərini maliyyələşdirməyə deyil, öz müştərilərinə borc vermək üçün götürdüyü kredit formasıdır. |
| Banklararası Pul Bazarı | Banklararası qısamüddətli (bir gündən 1 ilədək) kredit və depozit bazarıdır. |
| Banklararası Valyuta Birjası | ölkənin mərkəzi bankının lisenziyası əsasında xarici valyutaların alqı-satqısını həyata keçirən ixtisaslaşmış birja. |
| Banklararası Valyuta Birjası | ölkənin mərkəzi bankının lisenziyası əsasında xarici valyutaların alqı-satqısını həyata keçirən ixtisaslaşmış birja. |
| Banklarda mühasibat uçotu | Bankın aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri və xərcləri haqqında məlumatların mühasibat hesablarında ikili yazılış üsulu ilə toplanması, qeydiyyatı və ümumiləşdirilməsi sistemi. |
| Banklardan Kənar Nağd Pul | Mərkəzi Bankın və kommersiya banklarının kassalarında olan pullar istisna olmaqla Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılmış nağd puldur. |
| Bankların Amalqamasiyası | bank kapitalının mərkəzləşdirilməsi formalarından biri olub, rəqabət mübarizəsi prosesində iki və daha çox müstəqil bankların birləşməsidir. Amalqamasiya iki cür olur: 1) bir böyük bankın digərini udması; 2) bankların birləşməsi ilə yeni bankın yaranması. |
| Bankların birləşməsi | Bir bankın digər bankla birləşməsi və ya digər bankın xalis aktivləri və əməliyyatları üzərində nəzarətin əldə edilməsi nəticəsində ayrı-ayrı bankların bir bank şəklində birləşməsidir. |
| Bankların Fond Əməliyyatları | bankların qiymətli kağızlarla apardığı əməliyyatlar: qiymətli kağızların alınması və satılması, qiymətli kağızların girov qoyulması əsasında kreditləşmə, yenidən buraxılmış qiymətli kağızların yerləşdirilməsi, müştərilərin qiymətli kağızlarının saxlanması və idarə edilməsi. |
| Bankların Məcburi Ehtiyatları | kommersiya banklarının və başqa kredit təsisatlarının Mərkəzi Bankda məcburi ehtiyat normalarına müvafiq özlərinin bəzi əməliyyatlarının təminatı kimi saxlamalı olduqları vəsaitləri. |
| Bankların Passiv Əməliyyatları | bankların kredit və başqa əməliyyatların keçirilməsindən ötrü xüsusi, cəlb edilmiş və emissiya edilmiş vəsaitlər şəklində öz maliyyə resurslarının formalaşdırdığı əməliyyatlar. |
| Bankların Trast Əməliyyatları | bankların müştərinin marağı və tapşırığı ilə əmlakın idarə olunması və yeni xidmətlərin göstərilməsi üzrə etibarlı əməliyyatları. |
| Bankların Əmtəə Əməliyyatları | 1) banklar tərəfindən əmtəə və əmtəə sənədləri təminatı ilə kreditlərin verilməsi; 2) banklar tərəfindən əmtəə-komisyon əməliyyatlarının keçirilməsi və əmtəələrin satışı. |